Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı

153
(Yenilənib 21:54 12.10.2020)
O hesab edir ki, kütləvi vaksinasiya infeksiyanın yayılmasının qarşısını alacaq və dünya miqyasında xəstəliyə son qoyacaq.

BAKI, 12 oktyabr — Sputnik. İnsanların həyatının normal vəziyyətə qayıtmasının yeganə yolu super təsirli və əlçatan bir peyvəndin istehsalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "NBC" telekanalına müsahibəsində "Microsoft"un yaradıcısı Bill Qeyts qeyd edib.

O hesab edir ki, kütləvi vaksinasiya infeksiyanın yayılmasının qarşısını alacaq və dünya miqyasında xəstəliyə son qoyacaq.

Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu keçib.

Məlumata əsasən, virusa yoluxmuş 1076818 nəfər vəfat edib, 26087867 xəstə isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

153
Mövzu:
Yeni tip koronavirus pandemiyası (626)
Əlaqədar
Amerikanın vaksinə pulu çatmayıb?
İsraildə hər dərdin çarəsi var: Cəmi otuz saniyəyə...
Epidemik vəziyyət gərginləşməkdədir - TƏBİB
"Kollektiv immunitet" yaratmaqla koronavirusdan qurtulmaq olarmı?
Azərbaycanda daha 122 yeni yoluxma faktı qeydə alınıb
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub

7
İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var.

BAKI, 28 fevral — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, bu günə qədər isə ümumilikdə 2 598 679 test icra olunub.

7

Ölkəmizdə peyvənd olunanların ümumi sayı açıqlandı

5
Azərbaycan Respublikasında indiyə qədər koronavirusa qarşı 273 min 198 nəfər şəxs vaksinasiya olunub.

BAKI, 28 fevral - Sputnik. Cari il fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.

Bu barədə Sputnik Azərbaycan koronovirusinfo.az-a istinadən xəbər verir.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

5
Dövlət İmtahan Mərkəzinin binası

DİM: İmtahan nəticələrinin 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur

0
İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

BAKI, 28 fevral - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanı keçirib. 

DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 

Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

0