Xəstəxana, arxiv şəkli

Səhiyyə Nazirliyindən xəbərdarlıq - immunitetinizi möhkəmləndirin, xəstəliklər gəlir

86
Oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək

BAKI, 10 oktyabr — Sputnik. Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, COVID-19 pandemiyasının davam etdiyi müddətdə digər respirator xəstəliklərlə yanaşı, həm də mövsümi qrip xəstəliyinə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir:

"İmmunitetin möhkəmləndirilməsinə nail olmaqdır. Bunun üçün düzgün qidalanmaya riayət etmək lazımdır. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərin qida rasionuna daxil edilməli, qapalı məkanların tez-tez havalandırılmalı, tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmalı və fiziki məsafənin qorunmasına diqqət yetirməlidir. Bununla yanaşı, qeyd edək ki, qripin qarşısının alınması üsullarından biri də vaksinasiyadır. Məhz bu vaksinasiyanın ölkəmizdə də aparılması məqsədilə Səhiyyə Naziri müvafiq əmr imzalayıb. Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib".

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək. Bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcək. Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər. Kampaniya 1 ay müddətində davam edəcək. Peyvənd pulsuz olacaq. Artıq yerlərdə bununla bağlı müvafiq hazırlıq işləri tamamlanıb.

86
Koronavirus modeli, arxiv şəkli

Yalançı koronavirus təkcə orqanizmi deyil, ruhu da zədələyir

6
(Yenilənib 00:20 21.01.2021)
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

 

BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.

Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.

"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.

Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

12
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

12
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

0
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0