CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yorulmuşdum, işlərimi çatdıra bilmirdim" - Cəlal İsayev

© Photo : AZƏRTACГлавный инфекционист Азербайджана Джалал Исаев
Главный инфекционист Азербайджана Джалал Исаев - Sputnik Azərbaycan
Abunə olmaq
"Niyəsə bizdə qəribə bir düşüncə var ki, tutduğumuz vəzifəni ömür boyu daşımalıyıq. Belə şey olmaz axı! Həyat inkişaf edir, dinamika var. İnsanlar dəyişməli, yenilənməlidirlər. 5 ildir ki, tutmuş olduğum bu vəzifə də ictimai vəzifə olub" - C.İsayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Baş infeksionist Cəlal İsayev vəzifəsindən istefa verib. C.İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu məlumatı təsdiqləyib: "Mənim çıxmağıma təəssüflənməyin. Yeni baş infeksionistlə də belə rahat danışa biləcəksiniz, ona da öyrəşəcəksiniz, təəssüflənməyə dəyməz. Öz ərizəmlə baş infeksionist vəzifəsindən uzaqlaşmağımın elə bir səbəbi yoxdur. Səhhətim də qaydasındadır".

"Niyəsə bizdə qəribə bir düşüncə var ki, tutduğumuz vəzifəni ömür boyu daşımalıyıq. Belə şey olmaz axı! Həyat inkişaf edir, dinamika var. İnsanlar dəyişməli, yenilənməlidirlər. 5 ildir ki, tutmuş olduğum bu vəzifə də ictimai vəzifə olub", - deyə C.İsayev əlavə edib.

O, işinin çoxluğu, yorulduğu ilə əlaqədar olaraq öz istəyilə istefa ərizəsi yazdığını bildirib: "Koronavirusla kifayət qədər mübarizə apardıq, vəziyyətdə stabilləşmə var. Göründüyü kimi, müəyyən nailiyyətlər əldə etdik. Sadəcə olaraq qeyd edim ki, baş infeksionist vəzifəsi də əlavə işdir. Yorulmuşdum, işlərimi çatdıra bilmirdim".

Qeyd edək ki, C.İsayev hazırda Azətrbaycan Tibb Universiteteinin "İnfeksion xəstəliklər" kafedrasının dosentidir.

Xəbər lenti
0