BAKI, 6 oktyabr — Sputnik. Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarının davam etdiyi bir vaxtda cəbhəyanı bölgədə fəaliyyət göstərənlərin pandemiya təhlükəsinə qarşı tədbirli olması çox vacibdir. Bunu nəzərə alan “Avromed” şirkəti cəbhəyanı ərazilərə 10000 ədəd tibbi maska göndərib. Bu barədə şirkətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzarət edir.
Gücləndirilmiş rejimdə fəaliyyət göstərən qərargah yaradan şirkət bundan sonra da cəbhəyanı bölgələrə operativ şəkildə kömək etməyə hazır olduğunu bildirib.
BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.
"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.
O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.
"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.
Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.
Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.
Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>
Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik.