Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-a yoluxanların sayı yenə ikirəqəmliyə düşdü

167
Azərbaycanda indiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 38587 nəfər müalicə olunaraq sağalıb

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 38587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1603 nəfərdir.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140190 test aparılıb.

167
Teqlər:
yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

55
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

55
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

23
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

23
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

0
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

0