Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

155
Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1702 nəfərdir. Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

155
Teqlər:
ölüm, yoluxma, test, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib
COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq
COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Peyvənddən yayınanlar cəzalanacaqlar?

5
(Yenilənib 16:05 16.01.2021)
Azərbaycanda risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə könüllü olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı rəsmi açıqlama verilib.

Qeyd edilib ki, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, risk qruplarının vaksinasiyasına yanvarın 18-dən başlanılacaq. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq.

5
Teqlər:
Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Tibb işçisi, arxiv şəkli

TƏBİB-dən sevindirici açıqlama

9
(Yenilənib 12:46 16.01.2021)
Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, yeni göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib, ancaq vaksinasiya şərtdir

 

BAKI, 16 yanvar — Sputnik. Hazırda yeni yoluxanlarla sağalanların arasınsa 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bridinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib: "Bu isə sərtləşdiriımiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".

Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib: "Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".

9
Teqlər:
vaksinasiya, açıqlama, faiz, yoluxma, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Ağdam rayonunun Şelli kəndi - VİDEO

0
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

0
Teqlər:
video, kənd, Ağdam