Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib

© Depositphotos.com / Elnur_Мужчина во время ингаляции над паром
Мужчина во время ингаляции над паром  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Koronavirus pandemiyası dövründə mövsümi infeksion xəstəliklərin baş qaldırması vəziyyəti daha da çətinləşdirəcək". Bu barədə yerli mətbuata pediatr Vaqif Qarayev bildirib. O, deyib ki, payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Onun sözlərinə görə, həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.

Наборы для анализа слюны на COVID-19, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü

"The Daily Telegraph" qəzeti də mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxmanın (super infeksiya) insanın ölüm riskini xeyli artırdığına dair Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.

"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq", - deyə qripli pasiyentlər xəstəxanaya yerləşdirilən zaman koronavirusa yoluxma təhlükəsinə diqqət çəkən PHE-nin tibbi direktoru İvonn Doyl bildirib.

Qeyd edək ki, artıq ölkəmizdə yeni tədris ilinin ilk həftəsindən koronavirusa yoluxma halları aşkarlanıb. Bəs görəsən uşaqlar arasında koronovirusla yanaşı mövsümi infeksiyalara yoluxma hallarının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Вспышка гриппа и ОРВИ - Sputnik Azərbaycan
Pnevmoniya, qrip, zökəm – infeksiyalardan qorunmaq üçün ...

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, iki infeksiya orqanizmə düşdükdə xəstəlik daha da ağır keçir: "Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır".

Bununla belə baş pediatr indidən payız-qış mövsümündə vəziyyətin çətin olacağını söyləməyin tez olduğunu bildirir. N.Quliyev deyir ki, hava soyuyanda mövsümi xəstəliklər də artır. Amma koronavirusa görə aparılan qorunma tədbirləri hər birimizi mövsümlə yayılan viruslardan da qorumuş olur: "Bu, bir gümandır. İnsanları xəbərdar edirlər ki, havalar soyuyanda viruslara qarşı ehtiyatlı olun. Çünki, mövsümlə bağlı virusların törətdikləri xəstəliklər daha da artır. Amma nəzərə almalıyıq ki, biz indiyə qədər etmədiklərimizi edirik. Koronavirusa görə aparılan tədbirlər sayəsində həm də digər viruslara qarşı da qorunuruq. Ona görə də tək koronavirusun yox, digərlərinin də yayılması ehtimal ki, az olacaq. Bu gün əksəriyyətimiz maska taxıb məsafəni qorumaqla yanaşı gigiyenaya əməl edirik. Bu tədbirlər bizi mövsümi viruslardan da qoruyur".

Вакцинация, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?

N.Quliyev ölkəmizə gətirilməsi planlaşdırılan mövsümi qripə qarşı peyvəndin də bu baxımdan böyük əhəmiyyətinin olacağını söyləyir. Baş pediatr bildirir ki, bu peyvəndlərin epidemioloji vəziyyətlə bağlı uşaqlara vurulması da zəruridir: "Artıq məktəblilər arasında koronavirusa yoluxma halları var. Payız mövsümündə şagirləri mövsümi viruslardan qorumaq da lazımdır. Hələ ki bu peyvəndlərin kimlərə vurulacağı bəlli deyil. Güman ki, risk qrupuna daxil olan şəxslər peyvənd ediləcək. Əlbəttə ki, yaşlı şəxslər ön plandadır. Daha sonra xidmət sahələrində çalışanlar vaksin edilməlidir. Qripə qarşı peyvəndlə orqanizmi mövsümi viruslardan müdafiə etmək olar. Amma bununla yanaşı, deyilən tələblərə də əməl edilməlidir. İnsanlar mütləq havaya uyğun geyinməli, qidalanmalarına diqqət etməlidirlər. Uşaqları səhər məktəbə ac yola salmaq olmaz. Bu onların immun sistemini zəiflədir. Təəssüf ki, bəzi valideynlər uşaq məktəbə gecikməsin deyə onu ac yola salır. Bu isə onun orqanizminin xəstəliklərə qarşı müdafiəsini zəiflədir".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa mövsümi qriplə eyni anda yoluxma xəstənin vəziyyətini ağırlaşdıra bilər: "Ola bilər ki, adi qripi insan yüngül keçirsin. Amma koronavirusa yoluxub həmçinin qripə yoluxma insanın səhhətini daha ağırlaşdırır. Çünki iki virusla orqanizmin mübarizə aparması çətin olur. Ona görə də, insanlar özlərini pandemiya dövründə mövsümi xəstəliklərdən də qorumalıdırlar. Orqanizm virusdan zəiflədikdə müqavimət zəifləyir. Belə halda isə ölüm riski artır".

Xəbər lenti
0