Meyvə və tərəvəz satışı, arxiv şəkli

"Bazarlara nəzarət artırılmalıdır" - Baş infeksionist

13
(Yenilənib 18:21 22.09.2020)
"Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "Koronavirusla yaşamağa öyrəşməliyik" fikrini regionlarımızdakı əhali özünəməxsus surətdə başa düşüb. Virusdan qorunmaq üçün qoyulan qadağalara əməl etmək əvəzinə, çoxları onu vecinə almamağa çalışır, tibbi maska taxmır, sosial məsafəni gözləmir.

Bir neçə gün əvvəl Şəkidə baş verən hadisə də bunu təsdiqlədi. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edildi. Bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın dezinfeksiya edilməsi məqsədi ilə o, sentyabrın 18-dən üç gün müddətində karantinə bağlandı. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldü və "Şəki Bazar" ASC fəaliyyətini yenidən bərpa etdi. Bildirilir ki, orada virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Sputnik Azərbaycan regionlarda alış-veriş mərkəzlərində koronavirus təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki şəhərində bazarda virusa yoluxma halının qeydə alınması çox ciddi siqnaldır:

“Koronavirus pandemiyasına görə karantin rejimi bütün ölkəni əhatə edir. Ona görə də bölgələr də daxil olmaqla karantin qaydalarına hər yerdə əməl olunmalıdır. Hansısa zona sərt karantin rejimindən çıxıbsa, bu o demək deyil ki, həmin yerdə tibbi maska taxılmamalıdır. Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir. Şəki bazarında baş verən hadisə də göstərdi ki, orada virus yayan insanlar olub. 12 nəfərin bu virusa yoluxması faktı bazarda tibbi maska ilə bağlı tələbə də əməl olunmadığını göstərir”.

C.İsayev bildirir ki, regionlarda yoluxma hallarının qeydə alınması tibbi maska ilə bağlı tələbə nəzarətin zəif olmasından qaynaqlanmır: “Bu bir məsuliyyətdir. Çox təəssüf ki, insanlar bölgələrdə bu qaydalara əməl etmirlər. Nəzarət olduğunu görən kimi tibbi maska taxır, nəzarət olmadığını görən kimi çıxardırlar. Belə hallar paytaxtda da var. İnsanlar bəşəriyyətin bir bəla ilə üz-üzə olduğunu dərk etməli, özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün tibbi maskadan istifadə etməlidirlər. Bu artıq bizim bir həyat tərzimizə çevrilməlidir”.

Baş infeksionist bölgələrdə bazarlara nəzarətin artırılmalı olduğunu da söyləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, bazarlarla bağlı xüsusi tələblər olmasa da, ictimai-iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə bağlı hazırlanan metodiki göstərişlər bazarlara da aiddir.

13
Teqlər:
Şəki, Cəlal İsayev, infeksionist, Koronavirus, epidemiya, COVID-19, bazar
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

TƏBİB-dən açıq havada maska açıqlaması

13
(Yenilənib 14:26 16.04.2021)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov açıq havada maska taxmaqla bağlı açıqlama verib.

BAKI, 16 aprel — Sputnik. "Artıq bir müddətdir ki, açıq havada, xüsusilə ictimai yerlərdə maska taxmaq qərarı var. İctimai yer iki və daha çox şəxsin olduğu yerlərdir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov Real TV-yə bildirib.

"Biz küçəyə çıxarkən maska taxmasaq, kimləsə görüşürük, marketə daxil oluruq, maska taxmaq yaddan çıxacaq. Biz maska taxmasaq, nəqliyyat vasitələrində də maskasız olacağıq", - deyə TƏBİB rəsmisi əlavə edib.

13
Teqlər:
maska, açıq hava, TƏBİB
Həkim, arxiv şəkli

"İmedis"aparatlarını gizli işlədirlər - aldanmayın! Həkimdən əhaliyə çağırış

5
(Yenilənib 13:52 16.04.2021)
"Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər""Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə qurdun "İmedis" aparatı vasitəsilə müalicəsi barədə əhaliyə xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, infeksionist bildirib ki, bir çox həkimlər qurd xəstəliklərinin müayinə və müalicəsində dünyada klinik və elmi-tədqiqatlarla effektivliyi sübut edilməyən "İmedis" aparatından gizli istifadə etməyə davam edirlər: "Guya "İmedis" vastəsilə orqanizimdə olan qurdların növü müəyyən edilir, sonra da 5-6 seansla guya müalicə edirlər. Nəticədə xəstələr aldadılır, maddi və mənəvi ziyana düşürlər".

V.Cavadzadənin sözlərinə görə, hələ azmış kimi, xəstələrə ödündə lyamblya olduğu, ona görə öd kisəsinin boynunun əyildiyi deyilir. Həkim bildirir ki, lyamblyanın öd kisəsində yaşaması təsdiq edilməyib, onun yalnız vegetativ forması nazik bağırsaqda parazitlik edir: "Qaldı ki, insanların böyük əksəriyyətinin öd kisəsinin boynu anatomik cəhətcə əyri olur".

İnfeksionist müxtəlif otlardan hazırlanan qurdu tökmək üçün satılan dərmanların da effektsiz olduğunu bildirib. V.Cavadzadə deyir ki, insanlar biohelmintlərə heyvanlardan yoluxurlar. Onun sözlərinə görə, yalnız boranı tumu lentşəkilli qurdlarda köməkçi kimi təyin edilsə də, əsas vasitə yenə antiparazitar preparatlardır.

İnfeksionist bildirir ki, bağırsaq qurdlarını təmizləmək üçün guya hidrokolonoterapiyadan istifadə edirlər: "Yəni yoğun bağırsaq boşluğunu yuyurlar ki, qurdlar tökülsün. Bağırsaq qurdlarının, demək olar ki, hamısı nazik bağırsaqda yaşayır. Yəni ki, düz bağırsaqdan vurulan maye nazik bağırsağa çatmır. Əksinə olaraq dəfələrlə hidrokolonoterapiya aparılaraq yoğun bağırsağda olan saprofit bakteriyalar orqanizimdən kənarlaşdırılaraq müxtəlif patologiyalara yol açılır".

Xatırladaq ki, bir neçə il öncə "İmedis" aparatı vasitəsilə qurdun müalicəsini həyata keçirənlər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdılar. Buna səbəb sözügedən aparatın qurd xəstəliklərinin müayinə və müalicəsində  klinik və elmi-tədqiqatlarla effektivliyinin sübut edilməməsidir.

5
Teqlər:
həkim, qurd
Pulun sayması, arxiv şəkli

Azərbaycanda ümumi daxili məhsul istehsalı azalıb

0
(Yenilənib 14:58 16.04.2021)
ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatının payına düşüb.

BAKI, 16 aprel — Sputnik. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz artıb.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1891,1 manata bərabər olub.

0
Teqlər:
Azərbaycan, ÜDM