CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağalanlar iyirmi milyonu keçdi, ölənlər bir milyona yaxınlaşır

© AFP 2023 / ARUN SANKARОбразец мазки из носа, взятый для теста на коронавирус
Образец мазки из носа, взятый для теста на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 069 min 873 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 29 576 191 milyona çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 935 124 nəfər vəfat edib, 20 079 169 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 606 min 293 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə, Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 069 min 873 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0