Kofe dənəcikləri, arxiv şəkli

Kofe ilə arıqlama təhlükəli ola bilər

7
Dietoloq həmçinin bildirib ki, az miqdarda kofe kalorili əlavələr edilmədiyi təqdirdə, arıqlamağa kömək edə bilər.

BAKI, 16 sentyabr — Sputnik. Dietoloq Marqarita Korolyova kofe yardımı ilə arıqlamağın təhlükəli olduğunu açıqlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həkimin sözlərinə görə, kofein maddələr mübadiləsini tezləşdirir. Bu isə çox zaman ürək çatışmazlığı ilə nəticələnir.

"Biz kofeini yağ yandırıcı kimi nəzərdə tutaraq gün ərzində 8 fincan kofe içsək ürəyə nə olar? Əlbəttə, ürəkdə problem yaranar" - deyə dietoloq bildirib.

O, qeyd edib ki, bu içki təzyiq və aritmiyası olan insanlar üçün təhlükəlidir.

Dietoloq həmçinin bildirib ki, az miqdarda kofe kalorili əlavələr edilmədiyi təqdirdə, arıqlamağa kömək edə bilər.

7
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub

8
(Yenilənib 15:41 22.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672, hazırkı dövrədək isə 1064475 test aparılıb.

8
Bazarda meyvə-tərəvəz satışı, arxiv şəkli

Azərbaycanda koronavirusa görə bağlanan bazar açılıb

10
Sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

BAKI, 22 sentyabr — Sputnik. Koronavirusa kütləvi yoluxma qeydə alınan "Şəki Bazar" ASC yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

10
Dərsliklər, arxiv şəkli

Azərbaycandan Gürcüstana dərslik göndərildi

0
(Yenilənib 17:15 22.09.2020)
Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib

BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Qeyd olunur ki, son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94762 ədəd dərslik və metodik vəsait göndərilib.

0
Teqlər:
məktəb, Gürcüstan, Azərbaycan, dərslik
Əlaqədar
Dərsliklərlə bağlı daha bir problem - əvvəl mətnləri ürküdürdü, indi...
Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab
Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO