Koronavirus testi, arxiv şəkli

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

12
(Yenilənib 22:33 14.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanda hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 115, süni tənəffüs aparatına qoşulanların sayı isə 12-dir.

TƏBİB-dən verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.

12
Körpə, arxiv şəkli

TƏBİB cəbhəyanı ərazilərdə yeni layihəyə başlayır

15
(Yenilənib 02:07 31.10.2020)
Dünyanı bürüyən pandemiya və müharibə şəraitində yeni doğulan körpələrin və anaların sağlamlığı bizim üçün prioritetdir

BAKI, 31 oktyabr - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) cəbhəyanı bölgələrdə yeni layihəyə start verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qurum cəbhə boyu bölgələrdə yerləşən riskli hamiləlik ilə qeydə alınan şəxslər üçün "Sağlam doğuş" layihəsini həyata keçirəcək.

"Bu gün TƏBİB-in tabeliyində olan tibb müəssisələri COVID-19 pandemiyası ilə mübarizə aparmaqla bərabər, ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmancasına döyüşərək yaralanmış əsgərlərimizə də yüksək keyfiyyətli tibbi xidmət göstərir. Mövcud vəziyyətdə diqqət ayıracağımız ən mühüm sahələrdən biri də antenatal xidmətdir. Dünyanı bürüyən pandemiya və müharibə şəraitində yeni doğulan körpələrin və anaların sağlamlığı bizim üçün prioritetdir", - deyə TƏBİB-in məlumatında bildirilir.
Layihə çərçivəsində cəbhəboyu ərazilərdə yaşayan, hamiləliyinin 38-ci həftəsində olan və riskli hamiləlik keçirən qadınlara müvafiq tibb müəssisələrində xidmətlərin göstərilməsi (riskli hamilələrin tibb müəssisəsində doğuşa qədər və 2 həftə doğuşdan sonra nəzarət altında saxlanılması), hamilələr üçün təlimlərin təşkili, ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi, yenidoğulmuşa qulluq, analara psixoloji dəstəyin göstərilməsi nəzərdə tutulur.
“Sağlam doğuş” layihəsində iştirak etmək üçün cəbhəyanı rayonlarda yaşayan, riskli hamiləliyi olan şəxslərin TƏBİB-ə müraciət etməsi xahiş olunur. Qaynar xətt nömrəsi 1542-dir.

15
Əlaqədar
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür
TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır
TƏBİB gənclərə xəbərdarlıq etdi
Özünü müalicə edən şəxs, arxiv şəkli

Koronavirus sağalır, fəsadları qalır

38
(Yenilənib 23:44 30.10.2020)
İndiyədək dünyada 44.9 milyon insan koronavirusa yoluxub. 1.178 milyon insan isə bu virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib

BAKI, 30 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus birfinqdə çıxışı zamanı koronavirusdan sağalanları xəstəliyin qalıcı fəsadları barədə xəbərdar edib.

"Vaxt keçdikcə dəyişən və bir çox hallarda güclənən geniş spektrdə simptomlar var", - o qeyd edib.

Bunlara Gebreyesus əzginlik, öskürək, nəfəs darlığı, əsas orqanların, o cümlədən ürək və ağciyərlərin iltihabı və zədələnməsini göstərib.

Son sutka ərzində dünyada 505756 nəfərdə COVID-19 aşkarlanıb. Bu, ÜST-ün məlumatına görə, pandemiya başlayandan rekord göstərici olub.

İndiyədək dünyada 44.9 milyon insan koronavirusa yoluxub. 1.178 milyon insan isə bu virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

38
Teqlər:
simptom, fəsad, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
ABŞ "anticisim kokteyli"nin sınağını qismən dayandırdı
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Dünya Turizm Təşkilatı ondan şikayətçidir: 730 milyard dollar ziyana düşüb
Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"
 Smerç raketin fraqmetləri

Ermənistanın atdığı raketlərin buraxılışı peykdən müşahidə edilir

0
Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər

BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:

"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.

İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.

Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

0
Əlaqədar
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"