Dərman, arxiv şəkli

ABŞ-da dərmanların qiymətini saldılar

17
(Yenilənib 00:54 14.09.2020)
ABŞ-ın müxtəlif araşdırmalara rekord məbləğdə pullar sərf etməsinə rəğmən ölkədə dərmanların qiyməti xeyli yüksəkdir

BAKI, 14 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp dərman qiymətlərinin aşağı salınması barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Twitter səhifəsində məlumat verib.

“Dərmanların qiymətinin azaldılmasına dair sərənmcam imzaladım. Qiymətləri aşağı salmaqla vasitəçilər üçün bütün güzəştlərə də son qoydum”, - Tramp yazıb.

​Prezident qeyd edib ki, indi amerikanlar dərman preparatlarını farmasevtika şirkətlərinin onları xaricə satdıqları qiymətə ala biləcəklər.

ABŞ-ın müxtəlif araşdırmalara rekord məbləğdə pullar sərf etməsinə rəğmən ölkədə dərmanların qiyməti xeyli yüksəkdir.

 

17
Teqlər:
sərəncam, ucuzlaşma, azalma, dərman qiyməti, qiymət, dərman, ABŞ prezidenti Donald Tramp
Əlaqədar
İki məşhur ürək dərmanını təhlükəli saydılar
Türkiyəyə milyonlar qazandıran o “əjdaha”dan niyə bizdə yoxdur?!
"Sputnik V" vaksinin birinci partiyası Rusiyanın bölgələrinə göndərilib
Parasetamolun ağla gəlməyən təsiri varmış
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
Xəstəxana, arxiv şəkli

Bu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə mümkün olacaq

13
(Yenilənib 23:20 22.06.2021)
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

 

BAKI, 22 iyun — Sputnik. Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Müqaviləli tibb müəssisələrinin siyahısı:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

İcbari tibbi sığortanın tətbiqi

Qeyd edək ki, bu ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlayıb. Həmin tarixdən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı əldə edib. Əlavə olaraq bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.

Eləcə də oxuyun: 

  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

  • Əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağı açıqlanıb

  • COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

13
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-lə bağlı xoş xəbər

207
(Yenilənib 16:47 22.06.2021)
Ölkəmizdə koronavirusa yoluxma ilə bağlı son durum açıqlanıb. Bu gün ölüm halı qeydə alınmayıb. Vaksin vurulanların sayı isə 3 milyonu ötüb.

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 895 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, bu günə qədər isə ümumilikdə 3 690 224 test icra olunub.

Qeyd edək ki, dünən koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Vaksin vurulanların sayı 3 milyonu ötdü

Həmçinin bu gün Azərbaycanda bu gün 42 843 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 060 586 nəfər təşkil edir. Dünən isə Azərbaycanda 215 nəfər vaksinasiya olunmuşdu.

207
Teqlər:
statistika, vaksinasiya, vaksin, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0