Koronavirus testi, arxiv şəkli

Qubernatorla alimin davası - PZR testini yanıltmaq mümkündür?

35
Qubernatorun çıxışından sonra bir çox alimlər yodlu məhlullardan nəzarətsiz istifadənin hamilələrə və qalxanabənzər vəzin xəstəlikləri olan adamlara təhlükə törədəcəyi barədə xəbərdarlıq ediblər

BAKI, 13 sentyabr — Sputnik. Yod tərkibli məhlullarla qarqara ağız suyunun tərkibində koronavirusun miqdarını azalda bilər, amma bu PZR testlərinin nəticələrinin əksəriyyətinin səhv olacağı anlamına gəlmir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunu Osaka Universitetinin Ali Tibb Məktəbinin virusologiya vəı epidemiologiya üzrə eksperti Tetsuo Kase deyib.

Mütəxəssis bununla Osaka qubernatoru Hirofumi Yesimuraya cavab verib. Qubernator deyib ki, yod tərkibli məhlullarla ağız boşluğunun yuyulması nəticədə insanın tüpürcəyində koronavirusun konsentrasiyasını azaldır. Ancaq Kase hesab edir ki, koronavirus testlərinin kütləvi saxtalaşdırılması, çətin ki, mümkün olsun. O bunu belə izah edir ki, tanınmış adamların tibb, yaxud digər səs-küylü mövzular barədə öz imicləri xatirinə açıqlamaları kifayət qədər tez müddətdə unudulur.

Qubernator öz bəyanatında bir araşdırmanı misal gətirmişdi: koronavirus testi müsbət çıxmış iki qrupdan birincisindəki insanlara ağız boşluğu və boğazı yod tərkibli məhlullarla, digərindəkilərə adi su ilə qarqara etmək tapşırılmışdı. Nəticədə təkrar test zamanı yodlu məhlulla qarqara edən adamların 9.5%-də, sadəcə suyla qarqara edənlərin sayı isə 40 faizində COVID-19 aşkarlanıb. 

Bununla belə, tədqiqatda digər antiseptiklərlə boğazın qarqarasının hansı effekti verməsi barədə heç nə deyilmir. Qubernatorun çıxışından sonra bir çox alimlər yodlu məhlullardan nəzarətsiz istifadənin hamilələrə və qalxanabənzər vəzin xəstəlikləri olan adamlara təhlükə törədəcəyi barədə xəbərdarlıq ediblər.

35
Teqlər:
qarqara, boğaz, ağız, məhlul, yod, Yaponiya, PZR testi, epidemiya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (482)
Əlaqədar
Şahzadə koronavirusa yoluxma təhlükəsi ilə karantinə alınıb
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Azərbaycanda son sutkada 135 nəfər COVID-19-a yoluxub
Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu
Bu ölkədə ilk dəfə olaraq koronavirusdan ölüm halı qeydə alınmayıb
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

26
(Yenilənib 17:17 30.09.2020)
Ölkəmizdə koronavirus infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir. Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 olan aktiv xəstə sayı 1684 nəfərdir. Son sutka ərzində 5469, hazırkı dövrədək isə ümumilikdə 1115748 test təşkil olunub. Bu günədək ölkəmizdə ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. 

26
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov

Professor: “Koronavirusa yoluxmaların sayının yenə azalacağı gözlənilir”

44
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil
Akif Qurbanov: “Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür”

“Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor Akif Qurbanov bildirib ki, əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir:

“Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur. Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq”.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

44

Ermənistanın son günlər ərzində Azərbaycana verdiyi zərərlər açıqlandı

0
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

BAKI, 1 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər şəxs isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

0
Teqlər:
dağıntılar, ölənlər və yaralılar, zərər, dinc əhali, cəbhə bölgəsi, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənilər yenidən Tərtər şəhərini artilleriya atəşinə tuturlar
Baş Prokurorluq: Tərtər avtovağzalı bombalanıb, bir nəfər ölüb
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Ermənistan Horadiz şəhərini atəşə tutub, dinc sakin həlak olub
Ağdam fasiləsiz atəş altında: Hadisə yerindən yeni kadrlar – video