Səhər yeməyi, arxiv şəkli

Səhər yeməyinin 1001 faydası - Azərbaycanlı mütəxəssis yazır

13
(Yenilənib 08:33 13.09.2020)
Düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi vacib olan qida maddələri ilə təmin etməklə diqqəti və yaddaşı yaxşılaşdırır, sağlam bədən kütləsini qoruyur.

BAKI, 13 sentyabr — Sputnik. Səhər yeməyi günün ən vacib yeməyidir. Vaxt azlığı, iştahanın olmaması səbəbindən səhər yeməyindən imtina edilməməlidir. Unutmayın ki, balanslı bir səhər yeməyi sağlam həyat tərzi keçirmək üçün vacib şərtdir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Nərgiz Ağayeva məqalə hazırlayıb. Sputnik Azərbaycan məqaləni təqdim edir:

Səhər yeməyi beyinin işini gücləndirir, xüsusilə məktəbli uşaqlarda bu daha önəmlidir. Araşdırmalara görə, səhər yeməyi uşaqların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir. Səhər yeməyi yeyən uşaqlar və böyüklər ondan imtina edənlərdən daha çox lif, kalsium, A və C vitaminləri, riboflavin, sink və dəmir alırlar. Hətta çəki artımından ehtiyatlanan insanlarda belə səhər yeməyi sağlam çəkidə qalmağı təmin edir. Səhər yeməyi bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır. Səhər yeməyini istehlak etməyən insanlarda qanda xolesterinin (ürək xəstəlikləri risk faktorlarını yaradan) miqdarı daha yüksək olur. Məlumdur ki, yulaf qarışığındakı, dənli bitki tərkibli çörəkdəki liflər xolesterinin səviyyəsini aşağı salır.

Faydalı səhər yeməyi sağlam sümüklər üçün vacib olan qidaları ehtiva edir. Məsələn, ən çox istifadə olunan süd kalsium, D vitamini və zülallarla zəngindir. Beynəlxalq Qida İnformasiya Şura Fondunun (İnternational Food İnformation Council Foundation) məlumatına əsasən, hətta günə ənənəvi olaraq taxıl və süd məhsulları ilə başlayan insanların orqanizminə kalsium yeddi dəfə daha çox daxil olur. Aparılan son tədqiqatlar göstərdi ki, süd və dənli bitkilərdən hazırlanan səhər yeməyi orqanizmdə insulinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Süd tərkibli məhsullar, meyvələr, arpa, buğda, qarabaşaq bitkilərindən hazırlanmış çörəklər və bu kimi səhər yeməkləri metabolik sindrom riskini azaldır.

Beləliklə, sağlam səhər yeməyi gün boyu sərf edəcəyimiz enerjini artırmaq üçün olduqca faydalıdır. Eyni zamanda düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmi vacib olan qida maddələri ilə təmin etməklə diqqəti və yaddaşı yaxşılaşdırır, sağlam bədən kütləsini qoruyur.

Səhər yeməyi sağlam qidalanmanın əsas amillərindən biri olduğundan qida rasionuna aşağıdakılar mütləq daxil edilməlidir:

• Bütün dənli bitkilər – tərkibi az şəkərli, lifləri çox olan taxıl və yulaf unu, buğda tərkibli tostlar və ya buğda simitinin ½ hissəsi

• Yağ və zülal - yerfındığı yağı, kərə yağı, quru meyvələr, zeytun yağı, qaynadılmış yumurta və ya yağsız ət

• Süd məhsulları – süd, az şəkərli yoğurt, kəsmik, müxtəlif pendir növləri

• Meyvə-tərəvəz – təzə və ya dondurulmuş meyvələr, 100 %-li şəkərsiz meyvə şirələri və ya smuzi (süd, buz, dondurma əlavə edilərək giləmeyvə, meyvə və ya tərəvəzlərin blenderlə qarışığı)

Səhər yeməyi gün ərzində aclığı tənzimlədiyindən heç olmasa 1 stəkan süd və ya qablaşdırılmış halda deyil, təzə portağal şirəsi içmək, dənli bitki tərkibli undan hazırlanmış çörəyin üzərinə az miqdarda yağ çəkərək istehlak etmək, bişmiş yumurta yemək vacibdir. Hətta alma, armud və ya bananın qəbul olunması faydalıdır.

Beləliklə, gün boyu enerjili, gümrah və sağlam olmaq istəyirsinizsə, səhər yeməyindən heç bir halda imtina etməməlisiniz.

 

13
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı son rəqəm açıqlandı

24
İndiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışbir nəfər vəfat edib.

İndiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir. Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.

24
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Dörd rayonun alış-veriş etdiyi bazar üç günlük bağlandı
ÜST COVID-19 vaksinin təsdiqlənməsi şərtlərini açıqladı
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”
Tibb işçisi

Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır

10
(Yenilənib 11:59 18.09.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 081 min 152 yoluxma qeydə alınıb

BAKI, 18 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 30 175 496 milyona çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 946 063 nəfər vəfat edib, 20 527 308 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 674 min 458 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə, Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 milyon 081 min 152 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Belarus koronavirus vaksininin sınaqlarına hazırlaşır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Koronavirusu ilk araşdıran alimlərdən bədbin şərh: "Çox vaxtımız yoxdur, gecikmişik"
Bu xəstəliklər zamanı koronavirus peyvəndinin vurulması tamamilə qadağandır
Məhkəmə zalı, arxiv şəkıli

Xalq artisti qonşusunu məhkəməyə verib

0
(Yenilənib 17:18 18.09.2020)
Yaşadığı binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib

BAKI, 18 sentyabr — Sputnik. Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib. Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisanın yaşadığı tarixi binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirib.

Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd edib.

0
Teqlər:
Zemfira Nərimanova, xalq artisti, məhkəmə, bina, aktrisa
Əlaqədar
Xalq artisti evini satışa çıxarıb
Azərbaycanda çəkilən yeni film tamaşaçıları ötən əsrə aparacaq
Afaq Bəşirqızının oğlu yeni direktor olan xanımından boşanır
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürüb
Xalq artisti toy təklifindən imtina edib