Koronavirus testi, arxiv şəkli

Test sayı artdıqca yoluxma sayı da "dırmanır"

97
(Yenilənib 16:49 11.09.2020)
İndiyədək ölkədə 38037 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb,  557 nəfər vəfat edib

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə 38037 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb,  557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 7108, hazırkı dövrədək isə 995376 test aparılıb.

97
Teqlər:
Bakı, Azərbaycan, yoluxma, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (313)
Əlaqədar
Koronavirusa yoluxanların sayı 28 milyonu keçdi
Metro fəaliyyətə başlayır
Azərbaycanda koronavirusun yeni dalğası qonşu ölkənin təsirindən olacaq
Sabah küçəyə çıxmayın
Avtobusa minməyə görə məsuliyyətə cəlb oluna bilərsiniz - RƏSMİ
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

38
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

38

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

0
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

0