Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

66
(Yenilənib 16:24 10.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir. Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.

66
Həkim, arxiv şəkli

Məşhur həkim xərçəng xəstəliyinin indiyədək elmə məlum olmayan əlamətini açıqlayıb

33
(Yenilənib 19:36 24.01.2021)
Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.

BAKI, 24 yanvar - Sputnik. Rusiyalı məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov, insanda onkoloji xəstəliyə dəlalət edən və indiyədək elmə məlum olmayan daha bir əlaməti qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Rossoya 1" telekanalının efirində danışıb.

Həkim qan laxtalanmasının xərçəngin əlaməti ola biləcəyini söyləyib. Myasnikov qeyd edib ki, qan laxtası aşkar edilərsə, onun mövcudluğunun səbəbini mümkün qədər dəqiq müəyyən etmək üçün həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır. 

"Əgər hər hansı bir səbəb varsa - çox çəkənsizsə, hormonal dərman qəbul edirsizsə, (...) omba əməliyyatı etdirmisizsə və ya üç gündən çox xəstəxanada yatmısızsa - bunların hamısı risk faktorlarıdır", - deyə o, bildirib. 

Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin də qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.

Bundan əvvəl Myasnikov, koronavirusa qarşı peyvəndlə bağlı ən çox yayılan yeddi sualı cavablandırıb. O, bu məsələdə bir həkimin tövsiyəsinə etibar etməyin daha yaxşı olduğunu söyləyib. Çünki bəzi peyvəndlər daha uzun müddət qoruyur, bəziləri isə xroniki xəstəlikləri olan insanlar üçün daha uyğundur.

 

33
Teqlər:
Xərçəngin müalicəsi, xərçəng xəstəliyi, xərçəng riski, Xərçəng
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Rusiya peyvəndi digərlərindən daha yaxşı nəticə göstərib - Karlos Sala

24
(Yenilənib 17:58 24.01.2021)
“Sputnik V” vaksini adenoviruslu vektorların əsasında yaradılıb. Bu vektorlarda SARS-CoV-2 virusunun çıxıntışəkilli zülalı var.

BAKI, 24 yanvar - Sputnik. Rusiyanın koronavirus əleyhinə “Sputnik V” preparatı bir vektorlu dərmanlardan daha yaxşı nəticələr göstərir. Bu fikirlər Rusiya preparatına dair beynəlxalq elmi ekspert şurasının üzvü Karlos Salaya məxsusdur.

"Bizi həmişə bu metodun böyük effektivlik hipotezinə görə adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası maraqlandırıb. Və bu nümayiş etdirildi, çünki eyni platformadakı vaksinlərlə müqayisə edəndə nəticələr daha yaxşı olur", – ekspert Sputnik radiosuna bildirib.

Ekspert bunu innovativ nəticə adlandırıb.

“Sputnik V” vaksini adenoviruslu vektorların əsasında yaradılıb. Bu vektorlarda SARS-CoV-2 virusunun çıxıntışəkilli zülalı var. Adenovirusların özləri replikasiya imkanından məhrumdurlar - onlar gentetik materialın (antigenin) insan orqanizminin hüceyrələrinə çatdırılma sistemi rolunu oynayırlar.

Rusiyanın COVID-19 əleyhinə vaksinləri

Ötən ilin avqustunda Rusiya Səhiyyə nazirliyi dünyada ilk dəfə olara COVID-19-un profilaktikası üçün vaksini qeydə aldı. Vaksin Qamaleya adına mərkəz tərəfindən hazırlanıb və Rusiya Birbaşa sərmayələr fondu ilə birgə istehsal olunur. Peyvəndə “Sputnik V” adı verilib.

Rusiyanın ikinci koronavirus əleyhinə vaksini “EpiVakKorona” Novosibirskin “Vektor” mərkəzi tərəfindən  hazırlanıb.

Bundan əlavə, REA-nın Çumakov adına İmmunobioloji preparatların tədqiqatı və hazırlanması mərkəzinin “canlı” vaksini kliniki sınaq mərhələsindədir.

24
Teqlər:
Sputnik-V peyvəndi, Koronavirus, epidemiya, COVID-19
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

0
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

0
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask