Dərman

Parasetamolun ağla gəlməyən təsiri varmış

58
(Yenilənib 02:04 10.09.2020)
Koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər

BAKI, 9 sentyabr — Sputnik. Ohayo Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, parasetamol insanı riskli davranışlar sərgiləməyə təhrik edə bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada 500 könüllü iştirak edib. Onlardan yarısı 1000 mq parasetamol, yarısı isə plasebo qəbul edib. Daha sonra alimlər onlara pul qarşılığında şar şişirmək tapşırıblar.

Belə ki, şar nə qədər böyük şişirdilsə, iştirakçı daha çox məbləğ alır. Əgər şar partlasa, iştirakçı heç bir vəsait əldə etmir.

Müəyyən edilib ki, parasetamol qəbul edənlər şarları daha güclü şişirməyə risk ediblər. Nəticədə dərman qəbul edənlərin şarları plasebo qəbul edənlərlə müqayisədə daha çox partlayıb.

Daha sonra iştirakçılar idman tədbirlərinə getmək və ya təhlükəsizlik kəməri olmadan avtomobil idarə etmək kimi müxtəlif hipotetik hadisələrin risk dərəcəsini qiymətləndirdikləri anketləri də doldurublar.

Və yenə də parasetamol qəbul edənlər risk hissini yaşayıblar.

Bu təsirin səbəbləri hələ müəyyən edilməyib.

Bu nəticələr COVID-19 pandemiyası fonunda narahatlıq yaradır. Belə ki, koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər. Bu isə infeksiyanın yayılma ehtimalını artırır.

58
Teqlər:
davranış, Koronavirus, epidemiya, COVID-19, risk, dərman
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü

5
(Yenilənib 17:35 23.09.2020)
İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

5
Əlaqədar
Sevindirici xəbər: Azərbaycanda COVID-19-a yoluxanların sayı yenidən ikirəqəmliyə düşüb
Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub
Uzun müddətdən sonra yenidən ikirəqəmli yoluxma sayı qeydə alındı
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

Strateji yol xəritəsi: Azərbaycanda COVID-19 vaksini kimlərə vurulacaq?

475
(Yenilənib 16:46 23.09.2020)
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.

BAKI, 23 sentyabr — Sputnik. Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda ölkəmizdə epidemioloji situasiya sabitdir: "Hazırda virusa qarşı dərman əldə olunmayıb. Virus əleyhinə dərmanların tapılması uzun müddət tələb edir. Vaksinlərlə bağlı tədqiqatlara gəlincə, son mərhələyə gələn tədqiqatlar var. 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq. GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".

R.Bayramlı qeyd edib ki, artıq imzalanmış sazişlə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasına Fonddan vaksinlərin alınması üçün vəsait ayrılmasına dair müraciət ediləcək: "İndiyə qədər koronavirusla mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılıb. İndi isə hökumət vaksinlə bağlı imzalanmış sazişlə əlaqədar vəsaitin Fondun vəsaiti hesabına alınmasını məqbul sayıb və Fondun İctimai Şurasına da bununla bağlı müraciət ediləcək".

"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır", - Ramin Bayramlı deyib.

O, əlavə edib ki, hazırda seroloji testlər aparılır: "ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır".

"Vaksinasiyadan əldə etmək istədiyimiz nəticə xəstəliyin epidemiyasının aradan qalxmasıdır" - TƏBİB-in sədri bildirib. Onun sözlərinə görə, yoluxmanın aradan qalxması qlobal gözləntidir:

"Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır. Bizim elmi qurumlar, Səhiyyə Nazirliyi bu istiqamətdə öz işlərini görürlər. Təbii ki, tədqiqatlar başa çatmalıdır ki, vaksinlərin kimə vurulması göstəriş, kimə vurulmasının əks-göstəriş olduğu bəlli olsun. Bu barədə vaksinasiya strategiyasında yer alacaq. Vaksinasiya başa çatanda, vaksinasiya strategiyamız da tam formalaşmış olacaq".

475
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

0
(Yenilənib 18:41 23.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı ilə bağlı xaricdə yaşayan şoydaşlarımıza müraciət edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə xaricdəki azərbaycanlılara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatının nəzərə alınması tövsiyə edilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

0
Teqlər:
erməni təxribatı, Ermənistan ordusu, Ermənistan, təhlükəsizlik, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti