Təcili yardım avtomobili, arxiv şəkli

Azərbaycanlı müğənni koma vəziyyətinə düşüb

3171
(Yenilənib 09:46 07.09.2020)
Onların sözlərinə görə, müğənni 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilir. Toğrul Həbibinin koma vəziyyətində olduğu bildirilir.  

BAKI, 7 sentyabr - Sputnik. Müğənni Toğrul Həbibi COVID-19-a yoluxub.

“Report”un məlumatına görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

Onların sözlərinə görə, müğənni 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilir. Toğrul Həbibinin koma vəziyyətində olduğu bildirilir.  

Qeyd edilir ki, infeksiya səbəbindən onun ciyərlərinin 90 faizi fəaliyyətini dayandırıb. Dostları petisiya yaradaraq, Toğrul Həbibinin EKMO cihazına qoşulması vacibliyini bildiriblər.  

3171
Teqlər:
Kliniki Tibbi Mərkəz, müğənni, COVID-19, Koronavirus
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

5
Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb.

 

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

5
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Reanimasiyada qədər COVID-19 xəstəsi var?!

11
Bu günədək Azərbaycanda 26 636 nəfər COVID-19-a yoluxub, onlardan 17 805-i sağalıb, 341 nəfəri isə vəfat edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda reanimasiyada olan xəstələrin sayı 114 nəfərdir, 8 nəfər isə süni nəfəs aparatındadır.

Qeyd edək ki, bu günədək Azərbaycanda 26 636 nəfər COVID-19-a yoluxub, onlardan 17 805-i sağalıb, 341 nəfəri isə vəfat edib.

11
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB, reanimasiya, Koronavirus, COVID-19
Əlaqədar
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Azərbaycanda ən çox koronavirus aşkarlanan ərazi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı son rəqəm açıqlandı
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Koronavirusdan daha üç nəfər həyatını itirdi
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Federasiya Şurasını toplayır

0
(Yenilənib 18:09 19.09.2020)
Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-ü Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının reqlament komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib:

"Prezident sentyabrın 23-ü Kremldə Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək."

Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

0
Teqlər:
Kreml, Rusiya, Federasiya Şurası, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin