Koronavirus testi, arxiv şəkli

Dünyada koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır

370
(Yenilənib 10:34 06.09.2020)
Ən çox yoluxma halları ABŞ (6 431 160), Braziliya (4 123 000), Hindistan (4 114 773), Rusiya (1 020 310) və Peruda (683 702) qeydə alınıb.

BAKI, 6 sentyabr - Sputnik. Dünyada 27 milyondan çox insanda koronavirusa yoluxma öz təsdiqini tapıb. İndiyədək 27 069 983 nəfər bu virusa yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatlar “Worldometers” portalında dərc olunub.

Həmçinin 19,2 milyona yaxın koronaviruslu xəstə müalicə olunaraq sağalıb. Bundan əlavə, 883 780 insan bu xəstəliyin qurbanı olub.

Hazırda 7 015 317 aktiv virus daşıyıcısı var ki, onların da  60 709-nun vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (6 431 160), Braziliya (4 123 000), Hindistan (4 114 773), Rusiya (1 020 310) və Peruda (683 702) qeydə alınıb.

370
Teqlər:
virus, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla (512)
Davud Hüseynov

COVID-ə yoluxan şəkilinin qısa macərası - FOTO

6
(Yenilənib 18:30 27.11.2020)
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

BAKI, 27 noyabr — Sputnik. Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

© AR Ministry of Internal Affairs
Davud Hüseynov

Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

6
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada daha bir rekord qeydə alındı Koronavirusla bağlı rəqəmlər açıqlandı

8
(Yenilənib 15:52 27.11.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27543 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 496 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2215533-ə çatıb. Rusiyada pandemiya yayılandan 38 558 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1712174- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
yoluxma, COVID-19, Koronavirus, Rusiya
Семья, фото из архива

Ölkədə Ailə Məsləhət mərkəzləri yaradılacaq

0
(Yenilənib 19:16 27.11.2020)
Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq.

BAKI, 27 noyabr — Sputnik. 2022–2023-cü illərdə ailədaxili sosial və psixoloji işin təşkili üçün Ailə Məsləhət mərkəzlərinin yaradılmasına dair təkliflər hazırlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. 

Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq. Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib. Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-2022-ci illərdə alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün  normativ hüquqi baza yaradılması ilə bağlı tapşırıq verilib.

0
Teqlər:
sosial, uşaq psixologiyası, psixoloji yardım, psixoloji problem, mərkəz, məsləhət, ailə