İsti günlərdə daha çox maye qəbul edilməlidir

19
(Yenilənib 17:51 06.09.2020)
Şəkərsiz içilən yaşıl çay və itburnu kimi bitki çaylarının tərkibində antioksidant və С vitamini olduğuna görə isti aylarda istifadəsi lazım olan mayelərdir.

BAKI, 6 sentyabr — Sputnik. İsti yay günlərində çoxlu su içilməsi təbiidir. Həkimlərin dediyinə görə, isti havalarda gün ərzində 2-2,5 litr maye qəbul edilməsi normal haldır. Qazlı, buzlu və şəkərli içkilər isə mayeyə olan tələbatı aradan qaldırmaq əvəzində susuzluğu daha da artırır. Mütəxəssislər maye itkisinin qarşısını almaq üçün ev şəraitində hazırlanan içkilərə üstünlük verməyi tövsiyə edirlər.

Həkim-fitoterapevt, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov AZƏRTAC-a deyib: “Vitamin dəyərlərinin nizamlanması üçün meyvə şirələri hazırlanandan sonra tez içilməlidir. Kalium, kalsium və fosfor tərkibli meyvə suları isti havalarda maye itkisinin qarşısını alır. Təzə sıxılmış meyvə sularını çox saxlamaq olmaz. Smuzilər də sərinləşdirici içkilər sayılır. Donmuş və əzilmiş meyvələrdən hazırlanan smuzilər daha faydalıdır”.

İsti havalı günlərdə maye daha çox qəbul edilməli, su və ayran kimi xeyirli içkilərə üstünlük verilməlidir. Şəkərsiz içilən yaşıl çay və itburnu kimi bitki çaylarının tərkibində antioksidant və С vitamini olduğuna görə isti aylarda istifadəsi lazım olan mayelərdir.

Həkim-fitoterapevt deyib: “Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır. Soyuq su ilk növbədə ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir, eyni zamanda, həzm sisteminin funksiyası pozulur. Xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və nəticə etibarı ilə piylənməyə səbəb olur. Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə suyun temperaturuna fikir vermək, istilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır.

Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və karies yaranır”.

19
Qan nümunələri, arxiv şəkli

Bu il 75 mindən çox İİV testi aparılıb

6
(Yenilənib 23:43 01.12.2020)
"COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb və bu ilin 10 ayı ərzində 75 499 İİV testi aparılıb".

BAKI, 1 dekabr — Sputnik. "COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb və bu ilin 10 ayı ərzində 75 499 İİV testi aparılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, İİV- xəstələrinin 74,7 faizi dispanser nəzarətində olub: "11 ay ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1 034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradılıb".

6
Teqlər:
İİV, xəstə
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda bir gündə 29 nəfər koronavirusdan öldü

11
(Yenilənib 16:50 01.12.2020)
Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub.

BAKI, 1 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 135967-ə çatıb. Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 843 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub. Hazırda bu ölkədə 23976 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,2 milyonu keçib, 1,47 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Teqlər:
yoluxma, COVID-19, Koronavirus, Ermənistan
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

0
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

0
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat