Pensioner, arxiv şəkli

Azərbaycanda yaşlı qadının gözündən qurd çıxarıldı - VİDEO

76
(Yenilənib 14:06 05.09.2020)
65 yaşlı qadının gözünün konyuktiva qişasının altından 5 santimetr uzunluqda askarida qurdu çıxarılıb

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda pasiyentin gözündən 5 santimetr uzunluğunda qurd çıxarılıb. Sputnik Azərbaycan-ın məlumata görə, bununla bağlı azərbaycanlı həkim Bəhruz Nuri Zakir sosial şəbəkədə paylaşım edib. O bildirib ki, 65 yaşlı qadının gözünün konyuktiva qişasının altından 5 santimetr uzunluqda askarida qurdunu çıxarıb.

B.N.Zakir Sputnik Azərbaycan-a faktı təsdiqləyib. O, hazırda Şəki şəhərində cərrahi əməliyyatda olduğunu, saytımıza geniş açıqlama verəcəyini bildirib. Ətraflı videonu təqdim edirik:

76
Əlaqədar
Bir hücumun izi ilə - Küçə itinin ucbatından iki ailənin tək övladı ölümlə mübarizə aparır
Azərbaycanda yeni doğulmuşun üzərində unikal əməliyyat
Zoom-un kəramətinə bax – plastik cərrahların gəlirini artırdı
"Ekspertiza günahsız bilsə də, faydası olmayacaq" - Qoçqani işi "yerindən tərpənib"
Cərrah çətin əməliyyatın fəsadı barədə: "Nəfəs alanda fit səsi gəlirsə..."
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycan vətəndaşlarının vaksinasiya olunacağı tarix açıqlandı

10
(Yenilənib 18:44 22.01.2021)
TƏBİB-in rəhbəri: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək".

BAKI, 22 yanvar — Sputnik. "Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlanıb və qarşıdakı iki həftə ərzində tibb işçilərimizin peyvənd olunması prosesi başa çatacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək. İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayında azalmaya nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir".

10
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, brifinq, TƏBİB
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 632 nəfər COVID-19-dan sağalıb

9
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

BAKI, 22 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

9
Здание Национальной Академии Наук Азербайджана в Баку

AMEA İnstitut direktoruna nöqsanları aradan qaldırmaq üçün şans verib

0
Rəyasət Heyətinin iclasında AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri açıqlanıb.

BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

0