Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər

© © Hartmut Boesener / IDT Biologika / Handout via ReutersВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim təcili icazəmiz geniş təsdiqin eynisi deyil. Bunun üçün qanuni, tibbi, elmi standartlara gəldikdə - ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət zamanı mənfəət  riskləri üstələyir" - Stiven Han

BAKI, 30 avqust — Sputnik. ABŞ-ın Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin (FDA) başçısı Stiven Han bildirib ki, əgər mənfəət mümkün riskləri üstələsə, o zaman koronavirus vaksinini kliniki sınaqların üçüncü mərhələsi bitməmiş də təsdiqləyə bilər.

Sputnik Azərbaycan bildirir ki, bunu Han Financial Times-a müsahibəsində deyib.

ABŞ-da hazırda Moderna, Pfizer və AstraZeneca kimi şirkətlərin hazırladığı koronavirus əleyhinə vaksinlərin sınaqları aparılır. Ölkə başçısı Donald Tramp bu günlərdə bəyan eləmişdi ki, COVID-19 vaksini ABŞ-da noyabrın 3-də keçirilməsi planlaşdırılan prezident seçkilərindən əvvəl hazır ola bilər.

Qeyd olunur ki, Han mövcud vaksinin təsdiqlənməsi qaydasını pozmağa hazırdır, amma bu, Trampa yarınmaq üçün deyil.

“Müəlliflik və ya təsdiq almaq üçün ərizənin verilməsi sponsordan (vaksini hazırladanlardan) asılıdır. Biz isə ərizəyə baxıb ekspert rəyi veririk. Əgər onlar bunu üçüncü faza bitənədək etsələr, bunu özünü doğruldan addım hesab edə bilərik. Qərar verəcəyik”, - Han deyib.

O vurğulayıb ki, sınaqların sonunadək vaksini əhali üçün əlçatan etməyin təhlükəsiz üsulu var: məsələn, yalnız müəyyən qruplara tətbiq edilməsi üçün təcili icazə verməklə. 

“Bizim təcili icazəmiz geniş təsdiqin eynisi deyil. Bunun üçün qanuni, tibbi, elmi standartlara gəldikdə - ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət zamanı mənfəət  riskləri üstələyir”, - Han bildirib.

“Bu, siyasi qərar olmayacaq”, - o əlavə edib.

Bundan bir qədər öncə Ağ Evin qərargah rəisi Mark Medouz bildirib ki, ABŞ Rusiyanın koronavirus vaksininin nəticələrini tanımayacaq. O qeyd edib ki, Amerikanın əlində FDA protokolları, həmçinin “səhiyyə və təhlükəsizlik sahəsində dünyada ən yüksək olan standartlar” var və ölkə də onlara riayət edəcək. Tramp isə Rusiya vaksini ilə bağlı onun effektiv olacağına ümidvar olduğunu bəyan etmiş, amma rusların “bəzi tədqiqatları gizlətdiyini”, ABŞ-ın isə bütün “prosesdən” keçməyi zəruri saydığını demişdi.

Xəbər lenti
0