BAKI, 30 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Qazaxıstanın deaktiv edilmiş vaksinini kliniki sınaqların keçirilməsi üçün təsdiqlənmiş siyahıya salıb. Sputnik Qazaxıstan-ın məlumatına görə, onu Təhsil Nazirliyinin Elm Komitəsinin Bioloji Təhlükəsizlik Problemləri üzrə Elmi-Tədqiqat İnstitutu hazırlayıb.
ÜST-ün siyahısına dünyanın 19 ölkəsindən 33 vaksin daxildir.
Qazaxıstanın deaktiv edilmiş viruslu peyvəndi klinik sınaqların ½ fazasındadır.
ÜST-ün sınaqlarına icazə verdiyi vaksinləri təqdim edən ölkələr sırasına həmçinin Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Hindistan, Cənubi Koreya, Belçika, İsveç, Sinqapur, İtaliya, Avstraliya, Tayvan, Kuba, Fransa, Avstriya və Kanada daxildir.
Son məlumatlara görə, dünyada SARS-CoV-2 yeni tip koronavirusuna yoluxanların sayı 25 milyonu keçib. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən ölənlərin sayı 842702 olub. İndiyədək 16 411 400 bu mərəzdən sağala bilib.
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".