Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

ÜST Azərbaycanla bağlı tövsiyəsini açıqladı

42
(Yenilənib 17:16 26.08.2020)
"Bir yerə yığışmamaq şərti ilə mümkün qədər açıq havada vaxt keçirtmək lazımdır. Çünki qapalı məkanlara toplaşmaq virus üçün ən yaxşı şərait yaratmaq deməkdir" - ÜST-ün mətbuat katibi Marqaret Harris

BAKI, 26 avqust — Sputnik. "Yeni yoluxma hallarının harada və necə baş verdiyini anlamaq lazımdır. İnsanlar birgə çoxlu vaxt keçirirlər, bu kimi hallara yol vermək olmaz. Xüsusi ilə qapalı məkanlarda insanların toplaşması düzgün deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxmuş olur".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında təxminən 2 həftə öncə Azərbaycanda COVID-19-a yoluxmada gündəlik statistikanın 2 rəqəmlidən 3 rəqəmliyə artması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, yoluxma sayı artırsa, həyəcan təbili çalmaq, əhalini ayıq-sayıq olmağa, tövsiyə olunan təlimatlara əməl etməyə səsləmək lazımdır: "Bir yerə yığışmamaq şərtilə mümkün qədər açıq havada vaxt keçirtmək lazımdır. Çünki qapalı məkanlara toplaşmaq virus üçün ən yaxşı şərait yaratmaq deməkdir".

42
Teqlər:
ÜST, Koronavirus, COVID-19
Xəstəxana, arxiv şəkli

Bakıda daha bir hospital xəstə qəbulunu dayandırdı - COVID-19-a görə

21
Hospital 20 noyabr 2020-ci il tarixindən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Burada yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

BAKI, 26 noyabr — Sputnik. Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a hospitaldan məlumat verilib. Məlumatda bildirilir ki, hospital 20 noyabr 2020-ci il tarixindən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Burada yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

Mərkəzi Gömrük Hospitalının planlaşdırma və marketinq şöbəsinin piar mütəxəssisi Dilara Zamanova Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, pasiyentlər də tez-tez zəng edərək bu məlumatın dəqiq olub-olmadığını soruşurlar: "Biz bu məlumatı Hospitalın Facebook səhifəsində də paylaşmışıq".

21
Teqlər:
yoluxma, epidemiya, Koronavirus, COVID-19, Bakı, dayandırma, xəstə qəbulu, Mərkəzi Gömrük Hospitalı
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

47
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

47
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

0
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam