Tibbi maskada olan uşaq, arxiv şəkli

Uşaqlar maska taxmalıdırlarmı? - Günün aktual sualına cavab verildi

143
(Yenilənib 19:33 26.08.2020)
"Biz 5 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin müəyyən şəraitdə onların da maska taxması zəruri ola bilər" - ÜST rəsmisi.

BAKI, 26 avqust — Sputnik. "ÜST UNİCEF və Beynəlxalq Pediatrik Assosasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirdilər. Biz 5 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin  müəyyən şəraitdə onların da maska taxması zəruri ola bilər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında deyib. O bildirib ki, 5 yaşdan yuxarı olan uşaqların nə zaman və necə maska taxması ilə bağlı ÜST-ün təlimatları var.

143
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

121
Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1702 nəfərdir. Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

121
Teqlər:
ölüm, yoluxma, test, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib
COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq
COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

46
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

46
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə, arxiv şəkli

Paşinyan yenə Putinə zəng vurdu

0
(Yenilənib 21:39 29.09.2020)
Putin deyib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər

BAKI, 29 sentyabr. Ermənistanın Baş Naziri Nikol Paşinyan növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirəi ediblər.

Putin davam edən hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlığını ifadə edib. Bildirilib ki, Qarabağda böhranın deeskalasiyası məqsədi ilə qarşıdurma tərəfləri tədbirlər görməlidirlər.

0
Teqlər:
Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rəsmi Bakı: Paşinyan baş nazir olduqdan sonra otuz dəfə təxribat törədib
Paşinyan Putinə zəng vurdu
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"