CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-dən bədbin açıqlama - Yoluxma artır

© REUTERS / TINGSHU WANGСитуация в связи с эпидемиологической обстановкой в Китае, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в Китае, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Virusun episentri hesab ediləcək yerlər hər yerdədir, lakin əsas mərkəz ABŞ, Cənubi Amerika və Hindistandır" - ÜST rəsmisi.

BAKI, 25 avqust — Sputnik. "Dünyada COVID-19-a yoluxma hələ də yüksək həddədir. Xüsusən də Amerika qitəsi, ABŞ, Braziliya və eyni zamanda Cənubi Amerikada yüksək yoluxma müşahidə edilir. Hindistanda da rekord səviyyədə yoluxma qeydə alınıb, Cənubi Afrikadan isə yaxşı xəbərlər var".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "REAL"a açıqlamasında ÜST-ün mətbuat katibi Marqaret Harris deyib. O bildirib ki, Cənubi Afrikada yoluxma sayı çox olsa da, ümumi yoluxanların sayı azalıb: "Sakit Okeanın Qərbi, Avstraliya və Yeni Zelandiyada da yeni yoluxma halları azalsa da, Avropada təəssüf ki, yeni yoluxanların sayının artdığını görürük. Xüsusilə İspaniya və Fransada vəziyyət gərgin olaraq qalır".

"Virusun episentri hesab ediləcək yerlər hər yerdədir, lakin əsas mərkəz ABŞ, Cənubi Amerika və Hindistandır", - deyə o əlavə edib.

Xəbər lenti
0