Xərçəng hüceyrələri

Yüz minlərlə həyatı qurtaracaq - bu içki xərçəngdən müdafiə edir

42
(Yenilənib 00:04 23.08.2020)
Elmi qrup 2016-cı il üzrə xərçəng xəstəliyinə tutulma barədə məlumatları araşdırıb. Bu dövr ərzində xərçəngdən 240 mindən çox insan ölüb.

BAKI, 23 avqust — Sputnik. Əgər dünyada hər insan gündə heç olmasa iki fincan qəhvə içsə idi, bu, yüz minlərlə insanı ölümcül qaraciyər xərçəngindən xilas edə bilərdi.

Sputnik Azərbaycan bildirir ki, bu barədə MedicalXpress yazır.

Avstraliyalı tədqiqatçılar bildirirlər ki, gündə bu içkidən 2-3 fincan içmək xərçəngə tutulma riskini 38%, bu xəstəlikdən ölüm riskini isə 46% azaldır. Əgər gündə 4 və daha artıq fincan qəhvə içilsə, göstəricilər müvafiq olaraq 41% və 71% təşkil edə bilər.

Elmi qrup 2016-cı il üzrə xərçəng xəstəliyinə tutulma barədə məlumatları araşdırıb. Bu dövr ərzində xərçəngdən 240 mindən çox insan ölüb. Alimlər, həmçinin bu insanların qəhvə istehlakı statistikasını da yoxlayıblar. Bu məlumatlar əsasında qurulan modelə görə, gündəlik iki fincan qəhvə içilməsi 452861 insanın həyatını qurtara bilərdi. Əgər insanlar gündə dörd fincan qəhvə içsələr, bu rəqəmin 723287 ola biləcəyi deyilir.

Alimlər qeyd ediblər ki, tibb müəssisələri əhaliyə ölümcül xəstəlikdən qurtulmaq üçün gündəlik rasionlarına qəhvəni də daxil eyməyi məsləhət görməlidir.

42
Əlaqədar
Erkən yaşlarda arıqlamaq ölüm riskini azaldır
Bu vərdiş ömrü on il qısaldır
Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası
Xərçəngin yaranmasında yaş və həyat tərzinin də rolu varmış
Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb
Qəhvə dənəcikləri, arxiv şəkli

Hər dəfə çay qəhvə qəbulundan sonra...

16
(Yenilənib 21:32 17.01.2021)
H'kimin sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

BAKI, 17 yanvar — Sputnik. Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".

Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib.

16
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0