Göz əməliyyatı, arxiv şəkli

Gözlərimə bax, zaman öləcəyini deyim...

190
(Yenilənib 19:46 21.08.2020)
Araşdırma nəticəsində müəyyən edilib ki, kiçik göz bəbəkləri olan şəxslər böyük göz bəbəyi olanlarla müqayisədə iki dəfə tez ölürlər.

BAKI, 21 avqust — Sputnik. Bir qrup elm adamı ürək çatışmazlığı olan xəstələrin gözlərinin həkimlərə gələcəkləri barədə çox şey söyləyə biləcəyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya görə, kiçik göz bəbəyi xəstələrin erkən öləcəyinin əlamətidir.

Həkimlər iki altqrupu - kiçik və böyük göz bəbəkləri olan 870 nəfəri nəzarət altına alıblar. Bundan sonra həkimlər könüllüləri 2 həftə müşahidə ediblər.

Nəticədə müəyyən edilib ki, kiçik göz bəbəkləri olan şəxslər böyük göz bəbəyi olanlarla müqayisədə iki dəfə tez ölürlər.

Bununla yanaşı, müşahidə altında olan kiçik göz bəbəyinə malik şəxslərin yarısı xəstəxanalara yerləşdirilib. Göz bəbəyi böyük olanların isə 28 faizi xəstəxanaya çatdırılıb.

"Bizim yeni araşdırmamız sübut edir ki, göz bəbəyi ürək çatışmazlığı olan şəxslərin ölüm riskini müəyyən etməyə imkan verir", - deyə araşdırmanın müəlliflərindən Koxey Nozaki deyib.

Mütəxəssislər qeyd edirlər ki, Alzheymer, Parkinson, diabet və s. xəstəliklərin diaqnozunda da göz bəbəyinin müayinəsindən istifadə edilir.

190
ABŞ-da epidemioloji vəziyyət

Say durmadan artır, çarə isə tapılmır: ABŞ Rusiyada vəziyyət daha kritikdir

5
(Yenilənib 11:52 23.09.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb.

BAKI, 23 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 31 600 754 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 970 857 nəfər vəfat edib, 21 754 688 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 111 157 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Uhan, Çin, Rusiya, ABŞ, COVID-19, epidemiya, Koronavirus
Əlaqədar
Bu xəstəliklər zamanı koronavirus peyvəndinin vurulması tamamilə qadağandır
Koronavirus Qafqazdakı qonşularımızı da əziyyətə salıb
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda bir məktəb koronavirusa görə distant təhsilə keçib

20
(Yenilənib 00:01 23.09.2020)
Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.

BAKI, 22 sentyabr - Sputnik. Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la olan məlumatı açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir. Onlarda 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb. Həmçinin 1 məktəb distant təhsilə keçib.

20

Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı

0
XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi.

BAKI, 23 sentyabr — Sputnik. Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "e-mehkeme.gov.az" saytı məlumat yayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

0