Yoluxan sayı 100-dən çox olsa da, sevinməyə səbəbimiz var

596
(Yenilənib 17:10 20.08.2020)
İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib

BAKI, 20 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, vəfat edən olmayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.

596
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (334)
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada daha bir rekord qeydə alındı Koronavirusla bağlı rəqəmlər açıqlandı

8
(Yenilənib 15:52 27.11.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27543 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 496 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2215533-ə çatıb. Rusiyada pandemiya yayılandan 38 558 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1712174- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55,6 milyonu keçib, 1,34 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
yoluxma, COVID-19, Koronavirus, Rusiya
Tünzalə Əliyeva, arxiv şəkli

"Toppuş bacı"da yenidən şiş tapıldı: "Həyatla vidalaşıram"

23
Tünzalə Əliyeva: "Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir".

BAKI, 27 noyabr — Sputnik. Əməkdar artist Tünzalə Əliyevada yenidən şiş tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktrisa özü "Lent.az"-ın canlı efirində məlumat verib.

"Birinci MRT-dən sonra balacalaşma var. Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram".

23
Uşaq qidası, arxiv şəkli

Uşaq qidaları ilə bağlı üç quruma tapşırıq verildi

0
(Yenilənib 17:47 27.11.2020)
Bu, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

BAKI, 27 noyabr — Sputnik. 2020–2025-ci illərdə uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etmək tövsiyə edilir.

Həmçinin 2020-2021-ci illərdə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq. Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırıq verilib. Qeyd olunub ki, 2021-2023-cü illərdə uşaqlarla bağlı rasional fizioloji normalar hazırlanacaq. Fəaliyyət Planına əsasən, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinə tapşırıq verilib.

0
Teqlər:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, AQTA, Səhiyyə Nazirliyi, nəzarət, uşaq qidası, uşaqlar