CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir

© AP Photo / Ng Han GuanИнфекционное отделение госпиталя, фото из архива
Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Kəskin respirator viruslara görə peyvəndimiz var. Bu səbəbdən məsləhət görərdim ki, heç bir şikayəti olmayanlar elə sentyabrda qrip əleyhinə peyvənd etdirsinlər" - İlhamə Şirinova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının payızda COVID-19-un şiddətlənməsi ilə bağlı bədbin proqozu, üstəlik, mövsümi respirator virus təhlükəsi insanlarda təşviş yaradır. Bəs risklərdən qorunmaq üçün nə edilməlidir?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Virusun zəifləməsindən sonra payızda daha bir dalğanın olması proqnozlaşdırılır. Lakin deyim ki, hələlik payızdakı dalğanın zəif və güclü olmasını proqnozlaşdırmaq mümkün deyil".

Китайская вакцина от COVID-19 на производственном предприятии SinoPharm в Пекине, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Çinin koronavirus peyvəndinin qiyməti bəlli oldu, amma gərək ikisini alasan

Ekspert deyir ki, yeni tip koronavirusu ənənəvi viruslardan fərqləndirmək üçün diqqətli olmaq lazımdır: "Bu səbəbdən vaxtında yaxma götürməklə COVID-19 diaqnozunun olub-olmamasını müəyyənləşdirmək lazımdır. Artıq biz həkimlər qrupu olaraq bununla bağlı bir tövsiyə işləyib hazırlayırıq və yaxın günlərdə bu tövsiyə xarakterli maarifləndirici məlumat mətbuata təqdim olunacaq. Burada bizim konkret təkliflərimiz olacaq. Bu səbəbdən hələlik bu barədə danışmaq istəmirəm. Amma hesab edirəm ki, əhalinin bu tövsiyələrdən məlumatlı olması vacibdir".

"İmmuniteti möhkəmləndirmək üçün hesab edirəm ki, ilk növbədə qidalanmaya diqqət etmək lazımdır. Yaxşı qidalanmaq vacibdir. Bununla yanaşı, fiziki aktivliyə fikir vermək də önəmlidir. Bütün bu amillər immunitetin möhkəmlənməsi üçün başılca faktorlardır", - deyə ekspert əlavə edib.

COVID-19 xəstələrinin müalicəsi prosesində yaxından iştirak edən Yeni Klinikanın infeksionisti İlhamə Şirinova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bəzi öılkələrdə COVID-19 peyvəndi olsa da, Azərbaycanda hələlik ki, bu peyvənd yoxdur: "Lakin kəskin respirator viruslara görə peyvəndimiz var. Bu səbəbdən məsləhət görərdim ki, heç bir şikayəti olmayanlar elə sentyabrda qrip əleyhinə peyvənd etdirsinlər. Çünki insan qripə qarşı özünü qorusa, təkcə COVID-19-dan qorunmaq üçün mübarizə aparacaq. Əks halda immunitet aşağı düşəcək və bu zaman həm COVID-19, həm də kəskin respirator virusla mübarizə çətin olacaq".

"Bol tərəvəz, meyvə, vitamin qəbul etmək lazımdır. Bundan başqa, analiz verib, həkim rəyi ilə vitamin D-ni hər kəs qəbul etməlidir. C vitaminindən istifadə etmək, stresdən uzaq olmaq lazımdır. Çünki bu təcrübəmdə də gördüm: qorxan xəstələrdə daha çox ağırlaşma və xəstəni itirmə halları oldu", - deyə ekspert əlavə edib.

İ.Şirinova bildirib ki, çoxlu kompleks vitaminlər və proteinlər qəbul etmək lazımdır.

Xəbər lenti
0