Pəhriz, arxiv şəkli

Erkən yaşlarda arıqlamaq ölüm riskini azaldır

19
Böyük Britaniyada artıq çəkili insanlarn sayı son 20 ildə demək olar ki, iki dəfə artaraq 6,9 milyondan 13 milyona çatıb.

BAKI, 19 avqust — Sputnik. ABŞ və və Böyük Britaniya alimləri 1998-2015-ci illərdə 24 min insanın məlumatlarını təhlil edərkən, belə bir nəticəyə gəlib ki, 25-40 yaşlarına qədər bədən kütlə indeksini azaltmaq erkən ölüm riskini iki dəfə azaldır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, orta yaş arıqlayıb, daha çox yaşamaq üçün axırıncı şansdır. Bədən kütlə indeksinin 25-40 yaşlarında azaldılması uzunömürlü olmaq üçün böyük əhəmiyyətə malikdir.

"Baxmayaraq ki, bu araşdırma erkən ölüm hallarının qarşıısnı almağa hədəflənmişdi, ancaq sağlam çəkiyə sahib olmaq şəkərli diabet, ürək xəsətlikləri və hətta xərçəng kimi xroniki xəstəliklərin yükünü azaldacaq" - deyə araşdırmanın müəllifi Harvard Tibb məktəbinin professoru Coan Menson deyib.

Bədəndə həddindən artıq yağ ürək-damar xəstəliklərinə, xərçəngə, diabetə və hətta əqli geriliyə səbəb ola bilər. ABŞ-da baş verən erkən ölümlərin təxminən 1/8 hissəsi bədənin kütlə indeksi əlaqələndirilir. Məlumatlara görə, 2030-cu ilə qədər ABŞ-ın hər iki sakinindən biri artıq çəkili olacaq.

Böyük Britaniyada isə, artıq çəkili insanlarn sayı son 20 ildə demək olar ki, iki dəfə artaraq 6,9 milyondan 13 milyona çatıb.

Xatırladaq ki, araşdırmada 1998-2015-ci illərdə Milli Sağlamlıq və Qidalanma sorğusunun 24205 iştirakçının məlumatlarınadan istifadə edilib.

Sorğuda iştirak edən şəxslər 40-74 yaş arasında olub. Müşahidələr başlayan zaman onların bədən kütlə indeksi ölçülüb. Orta yaş kimi 37-55 yaş arası, konkret olaraq 44 yaş götürülüb.

Ən aşağı ölüm nisbəti bədən kütlə indeksi "normal" və ya "sağlam" diapazonunda qalanlar arasında olub. Tədqiqatçıların hesablamalarına görə, əgər bdən kütlə indeksi piylənmə səviyyəsində olan şəxslər 25 yaşına qədər bu indeksi azalda bilsəydi, baş verən ölümlərin 3,2 faizinin qarşısını almaq mümkün olardı.

19
Teqlər:
sağlamlıq, ölüm, arıqlamaq, Böyük Britaniya, ABŞ
Əlaqədar
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Arıqlamaq üçün bu meyvədən yeyin
Yumurta yeyin, arıqlayın...
Reklam olunan cihazlar həqiqətən də arıqladır, yoxsa biznes tələsidir?
Polislərə əmr edildi, tez bir zamanda arıqlamalıdırlar
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

50
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

50
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

21
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

21
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0