İnfeksiya bölməsi, arxiv şəkli

Avropadakı koronavirus ştammı alimləri heyrətləndirdi

178
(Yenilənib 21:33 18.08.2020)
“Virusun marağı daha çox insanı öldürmək deyil, onları yoluxdurmaqdır. Çünki virus insandan bir qida və daldalanacaq mənbəyi kimi asılıdır”

BAKI, 18 avqust - Sputnik. SARS-CoV-2 yeni tip koronavirusunun Avropada, ABŞ-da və Asiyanın bəzi bölgələrində  yayılan mutasiya etmiş ştammının ölüm göstəricisi xeyli aşağı olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Reuters-ə Beynəlxalq İnfeksion Xəstəliklər Cəmiyyətinin prezidenti Pol Tambya deyib.

Onun sözlərinə görə, D614G ştammının yayılması dünyada koronavirusdan ölüm göstəricisinin azalması ilə üst-üstə düşüb.

Mütəxəssis əlavə edib ki, bir qayda olaraq, virusların əksəriyyəti mutasiyaya uğrayanda təhlükəsi də azalır.

“Virusun marağı daha çox insanı öldürmək deyil, onları yoluxdurmaqdır. Çünki virus insandan bir qida və daldalanacaq mənbəyi kimi asılıdır”, - Tambya deyib.

Avqustun 17-də məlum olub ki, D614G ştammı Filippində aşkarlanıb. Həkimlərin sözlərinə görə, mutasiya iyunda özünü büruzə verib, elə həmin vaxt onun izlərini Malayziyada tapıblar. Bəzi məlumatlara görə isə virusun bu variantı daha ağır keçirilən xəstəlik törətməyə qadirdir.

178
Mövzu:
Dünyanı cənginə almış bəla (493)
Təcili yardım avtomobili, arxiv şəkli

Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı

14
(Yenilənib 18:22 27.10.2020)
Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib

BAKI, 27 oktyabr — Sputnik. Evdə müalicə olunan koronavirus xəstəsi yaşayış yerini qanunsuz tərk edib. Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

14
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
DİN koronavirusla bağlı əhaliyə müraciət etdi
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür
Bakının mərkəzində tibbi maskada olan qızlar, arxiv şəkli

Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür

61
(Yenilənib 18:00 27.10.2020)
"Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar son günlər sosial şəbəkələrdə iş yerlərinin yenidən bağlanacağı, hətta bəzi ticarət müəssisələrinə bununla bağlı xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, ticarət obyektlərinin sahiblərinə yenidən onlayn satışa üstünlük vermələri tövsiyə olunub.

Sputnik Azərbaycan koronavirusa yoluxma sayının artmasının karantin qaydalarında hansı sərtləşmələrə səbəb olacağını araşdırıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi gözləniləndir: "Koronavirusa yoluxma sayı yenidən artır. Bunun əsas səbəbi insanların karantin qaydalarına əməl etməməsidir. Ölkədə ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Bundan əlavə, ticarət obyektlərinin, restoranların fəaliyyətinə karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə bəzən tamamilə unudulur. Hətta biz avtobusda maskadan istifadə etməyən sərnişinləri görürük. Karantin qaydalarının kobud şəkildə pozulması isə virusa yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir".

Ə.Rüstəm deyir ki, həm bölgələrdə, həmçinin də paytaxtda koronavirusa yoluxmada artım müşahidə olunur. Bu isə insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir: "Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar".

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da deyir ki, yoluxma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir:

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda, tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır".

Qeyd edək ki, koronavirusa yoluxmada artım səbəbindən bəzi rayonlara giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirdilər ki, respublika üzrə ən çox yoluxma yenə də paytaxtdadır. Amma buna baxmayaraq, rəqəmlər Bakıda yoluxma faizinin aşağı düşdüyünü göstərir. Belə ki, son rəqəmlərdə Bakıda yoluxma respublika üzrə ümumi yoluxmanın 56 faizini təşkil edirdisə, hazırda bu rəqəm 55,7 faizdir. Sonrakı yerlərdə 14,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,6 faizlə Gəncə-Qazax, 4 faizlə Lənkəran, 2,7 faizlə Şəki-Zaqatala, 2,4 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,8 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,9 faizi ölkə xaricində yoluxanlardır. Paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır. Sonrakı yerlərdə 12,6 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 7,9 faizlə Suraxanı, 7,2 faizlə Nizami, 7 faizlə Qaradağ, 5,7 Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb. TƏBİB koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

61
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil

0
(Yenilənib 20:14 27.10.2020)
"Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir"

BAKI, 27 oktyabr - Sputnik. “Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir: “Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür. Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”.

0
Teqlər:
adekvat cavab, Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Ordusu, Atəşkəsin pozulması, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."