Siqaret, arxiv şəkli

Bu vərdiş ömrü on il qısaldır

37
(Yenilənib 00:17 17.08.2020)
İnsanlar bu vərdişdən bir neçə il ərzində imtina etməsələr, emfizema xəstəliyinə yoluxma riski 17 dəfə artır

BAKI, 17 avqust — Sputnik. Cənubi Avstraliya Universitetindəki Sağlamlıq Mərkəzinin alimləri siqaret çəkməyin insan həyatını neçə il azaltdığını müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna görə mütəxəssislər 150 min şəxsin məlumatlarını təhlil ediblər. Nəticədə müəyyən edilib ki, hər siqaret çəkimi insanın bir neçə təhlükəli xəstəliyə yoluxma riskini 30 faiz artırır.

Eyni zamanda bu vərdişdən bir neçə il ərzində imtina etməsələr, emfizema (ağciyərdə genişlənmə və fəsadlar) xəstəliyinə yoluxma riski 17 dəfə artmış olur.

Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəlikləri qrupuna aiddir. Bundan əlavə, siqaret çəkmək ateroskleroz və ağciyər xərçəngi riskini səkkiz dəfə artırır.

Avstraliya alimləri siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə 10 il tez öldüyünü müəyyən ediblər.

37
Əlaqədar
Qəlyan siqaretdən də zərərlidir. Səbəbi
Professor: “COVID-19 fonunda siqaretin zərərləri görülür”
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Xərçəngin yaranmasında yaş və həyat tərzinin də rolu varmış
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu
Qəhvə dənəcikləri, arxiv şəkli

Hər dəfə çay qəhvə qəbulundan sonra...

16
(Yenilənib 21:32 17.01.2021)
H'kimin sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

BAKI, 17 yanvar — Sputnik. Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".

Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib.

16
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0