Tibb işçiləri, arxiv şəkli

Hələ payız gəlməmiş koronavirus proqnozu qabaqlayır: ikinci rekord qeydə alındı

46
(Yenilənib 11:26 16.08.2020)
Qeyd edək ki, payızın axırı kəskin respirator xəstəliklərinin mövsümü olduğundan ekspertlər həmin vaxt koronavirus pandemiyasının şiddətlənəcəyini proqnozlaşdırırlar

BAKI, 16 avqust — Sputnik.  Dünyada koronavirusa yoluxanların sayı avqustun 16-da 21,3 milyon nəfəri ötüb. Pandemiya 188 ölkəni əhatə edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Cons Hopkins Universitetinin saytında yer alır. 

Pandemiya başlayandan 21394639 nəfər koronavirusa yoluxub. Sutka ərzində 230 mindən çox insanda xəstəlik aşkarlanıb. İndiyədək 770112 xəstə vəfat edib, 13,3 milyon insan sağala bilib.

Ötən gün dünyada 9985 nəfər COVID-19-dan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, son sutkadakı ölüm sayı pandemiya ərzindəki ikinci rekord göstəricidir. İlk dəfə aprelin 17-də ölüm sayı pik həddə çatmış, 12453 nəfər vəfat etmişdi.

SARS-CoV-2-yə ən çox yoluxma ABŞ-da qeydə alınıb – 5.3 milyon. Braziliya 3,31 milyon nəfərlə ikinci, Hindistan 2,5 milyon nəfərlə üçüncüdür. Dördüncü pillədəki Rusiyada  915 min insan, beşinci yerdəki  CAR-da isə 583.6 min nəfər yoluxub. Onluğa Meksika, Peru, Kolumbiya, Çili və İspaniya da daxildir. 

Ölənlərin sayına görə də lider ABŞ-dır – 169475 nəfər. Braziliyada 107 mindən çox adam COVID-19-dan vəfat edib. Avropa ölkələrində isə ən yüksək ölüm göstərici qeydə alınıb, o, 10%-dən yuxarıdır. 

İyunun 8-də ÜST-ün rəhbəri Tedros Gebreyesus Avropada vəziyyətin yaxşılaşdığını demişdi. Ancaq onun sözlərinə görə, qlobal miqyasda koornavirusun yayılma təhlükəsi artıb. İyunun 29-da təşkilatdan bildirdilər ki, SARS-CoV-2 pandemiyasının yayılma sürəti çoxalıb.

Yeni tip koornavirusun törətdiyi COVID-19 xəstəliyi ötəni ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. ÜST martın 11-də epidemiyanı pandemiya adlandırıb.

Qeyd edək ki, payızın axırı kəskin respirator xəstəliklərinin mövsümü olduğundan ekspertlər həmin vaxt koronavirus pandemiyasının şiddətlənəcəyini proqnozlaşdırırlar. Yəni, adi viruslar – qrip, paraqrip qayıdacaq, koronavirusla bağlı vəziyyət pisləşəcək. Çoxları bunu ikinci dalğa adlandırırlar.

46
Teqlər:
rekord, ölüm, dünya, Koronavirus, COVID-19
Əlaqədar
Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası
Rusiyada koronavirus peyvəndinin istehsalı başladı
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Rusiyanın koronavirus vaksininə ən vacib reaksiya
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Tbilisidə küçədə qoruyucu maskada olan qız, arxiv şəkli

Gürcüstanda yeni antirekord yoluxma qeydə alındı

1
(Yenilənib 11:45 26.09.2020)
Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

BAKI, 26 sentyabr — Sputnik. Ötən gün ərzində Gürcüstanda 296 yeni koronavirus yoluxması qeydə alınıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu pandemiya başlayan gündən ən yüksək göstəricidir.

Bundan əvvəlki antirekord isə 265 yoluxma faktı idi. Xatırladaq ki, ölkədə bu günə qədər 4960 fakt qeydə alınıb. Son gün ərzində 60 nəfər sağalıb. Pandemiya başlayan gündən bu günə qədər 1819 nəfər sağalıb və 25 nəfər ölüb.

Hazırda 5584 nəfər karantindədir. 41 Gürcüstan vətəndaşı müalicə üçün başqa ölkələrə gedib.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma halı fevarlın 26-sı qeydə alınıb.

1
Keçəl kişi, arxiv şəkli

Dazlıqla mübarizədə faydalı məhsullar aşkar edildi

71
(Yenilənib 23:51 25.09.2020)
"Doğru qidalandırıcı maddələri ehtiva edən balanslaşdırılmış pəhriz saçların artmasına kömək edir" – Dietoloq

BAKI, 26 sentyabr — Sputnik. Dietoloq Rayan Raman saç tökülməsini yavaşlatmağa kömək edən məshulları açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "Express" nəşrinə istinadən xəbər verir.

Onun sözlərinə görə, avokadonun xüsusi faydası var. Mütəxəssis qeyd edib ki, yalnız bir avokado meyvəsi baş dərisini qoruyan E vitamininin gündəlik normasının təxminən 20 faizini özündə saxlayır.

Dazlığın qarşısının alınması üçün şirin kartof (batat) da tövsiyə olunur. Bu bitki beta karotinin mənbəyidir və saç artımını sürətləndirə bilər.

"Doğru qidalandırıcı maddələri ehtiva edən balanslaşdırılmış pəhriz saçların artmasına kömək edir – xüsusilə də onların pis qidalanmaya görə töküldüyü hallarda", – həkim deyib.

71
Əlaqədar
Koronavirusa yoluxanlara bir bəd xəbər daha – Saçlarınız töküləcək
Çox işləyən bu dərdi tapır
Hər daranmağı 1 saat çəkir – kişi saçına görə Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO
Saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlanıb
Ət yeyənlər vegetarianlardan daha çox yaşayırlar – həkim izah edir