Koronavirusа qarşı peyvənd, arxiv şəkli

ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı

35
(Yenilənib 16:46 12.08.2020)
"Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunmuş prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir"

BAKI, 12 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı peyvəndin Rusiya Federasiyasının yerli dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməsi haqda məlumatlıdır. Bu barədə ÜST-ün Bakı ofisindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, təşkilat Rusiyadakı tədqiqatçılar və səlahiyyətli şəxslərlə təmasdadır və aparılan sınaqların təfərrüatını nəzərdən keçirməyə hazırlaşır:

"Bu, COVID-19-a qarşı ilk qeydiyyatdan keçmiş peyvənddir, digər ölkələr namizəd peyvəndlər üzərində kliniki sınaqlar aparmağa davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı peyvəndin tədqiqatına və inkişafına dair bütün irəliləyişləri alqışlayır. Təşkilat 2020-ci ilin yanvar ayından etibarən qlobal səviyyədə aparılan elmi-tədqiqat işlərinə rəhbərlikdə və prosesi sürətləndirmədə aktiv iştirak edir".

"Peyvənd tədqiqatını sürətləndirərkən, istehsala gedəcək peyvəndin təhlükəsiz və səmərəli olması üçün müəyyən olunmuş prosedurlar və inkişaf mərhələsindəki bütün addımlar həyata keçirilməlidir. ÜST dünyada bu peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığın təminatını təşviq edir", - deyə məlumatda bildirilib.

35
Mövzu:
Yeni tip koronavirus pandemiyası (577)
Əlaqədar
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Duesseldorf aeroportu, arxiv şəkli

Sərhədi keçənlərdən COVID vaksini barədə sertifikat istəməyin - ÜST

8
(Yenilənib 18:11 16.01.2021)
Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir. 

Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

8
Teqlər:
sertifikat, vaksin, COVID-19, ÜST
Mövzu:
Yeni tip koronavirus pandemiyası (577)
Tortdan imtina edən qız

Keçmiş modeldən az müddətdə, pəhriz idmansız arıqlamağın sirri

6
(Yenilənib 17:27 16.01.2021)
Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib.

BAKI, 16 yanvar — Sputnik. Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, kiçik sirri barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Official Danielle Lloyd (@missdlloyd)

37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içkisi içdiyini açıqlayıb.

Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.

"Çəki itirməkdən əlavə, enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim", - deyə məşhur vurğulayıb.

Ketonlar - piylərin ayırdığı molekullardır. Karbohidrat pəhrizinə (məsələn, Atkins pəhrizi) keçdikdə ketonların səviyyəsi artır. 

Ketonlu içkilərin effekti onların bir müddət hüceyrələr üçün əsas qida mənbəyi qismində piy və qlükoza əvəzinə istifadəsindədir.  

6
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

0
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

0