Ət yeməyi, arxiv şəkli

Ət yeyənlər vegetarianlardan daha çox yaşayırlar həkim izah edir

3967
(Yenilənib 23:34 10.08.2020)
"Orqanizmimizdə hər şey, demək olar ki, zülaldan ibarətdir. Vegetarianlarda zülal çatışmazlığının nəticələri həmişə dərhal görünmür. Yaş artdıqca bu daha çox özünü göstərəcək"

BAKI, 11 avqust — Sputnik. Ət yeyənlər düzgün qidalanmaya riayət etdikləri təqdirdə vegetarianlardan daha çox yaşayırlar.

Sputnik Azərbaycan xəbər verir ki, belə bir fikri "Beşinci Kanal" ilə söhbətində tibb elmləri namizədi, həkim-dietoloq İnna Kononenko səsləndirib.

"Orqanizmimizdə hər şey, demək olar ki, zülaldan ibarətdir. Vegetarianlarda zülal çatışmazlığının nəticələri həmişə dərhal görünmür. Yaş artdıqca bu daha çox özünü göstərəcək", - o bildirib.

Kononenko diqqəti bədənin yaşlanmasının iki göstəricisinə çəkib. Birincisi ümumi karotid arteriyada damar divarının qalınlığıdır: qalınlıq çox olduqca, yaşlanma da sürətli olur. Vegetarianlar az xolesterol qəbul etdikləri üçün onlarda bu divarın qalınlığı ət yeyənlərdə olduğundan daha aşağı olacaq.

"Ət yeyənlər kifayət qədər B12, D3, K2 vitaminlərini qəbul edərsə, bu divarın qalınlığı artmayacaq", — həkim vurğulayıb.

Yaşlanmanın ikinci göstəricisi mitoxondrilərin fəaliyyətidir. Mütəxəssis onları hüceyrələrin "enerji stansiyaları" adlandırır.

"Ət yeyənlərlə müqayisədə vegetarianlarda mitoxondrilər pis işləyir. Bu, ətin mitoxondrilərin işləməsi üçün lazım olan L-karnitinin mənbəyi olması ilə bağlıdır", - Kononenko bildirib.

Onun sözlərinə görə, konkret üzvi birləşmənin yoxluğu zamanı müəyyən zülalın parçalanması və mənimsənilməsi prosesi pozulur ki, bu da saçın, dırnaqların, görmənin, dərinin və damarların vəziyyəti ilə bağlı problemlərə gətirib çıxarır.

Dietoloq həm ət yeyənlərə, həm də vegetarianlara vitamin və mikroelementlərin çatışmazlığından qaçmağı tövsiyə edir.

3967
Əlaqədar
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
“Heyvanları yemək insanları diz üstə qoydu” – yeni koronavirus “səbəbkarları”
Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər
Tanınmış aşpaz absurd iddia ilə çıxış etdi
Həkim vegetarianlığın insan orqanizmi üçün təhlükəli olduğunu bildirir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

5
Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb.

 

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

5
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Reanimasiyada qədər COVID-19 xəstəsi var?!

11
Bu günədək Azərbaycanda 26 636 nəfər COVID-19-a yoluxub, onlardan 17 805-i sağalıb, 341 nəfəri isə vəfat edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda reanimasiyada olan xəstələrin sayı 114 nəfərdir, 8 nəfər isə süni nəfəs aparatındadır.

Qeyd edək ki, bu günədək Azərbaycanda 26 636 nəfər COVID-19-a yoluxub, onlardan 17 805-i sağalıb, 341 nəfəri isə vəfat edib.

11
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB, reanimasiya, Koronavirus, COVID-19
Əlaqədar
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Azərbaycanda ən çox koronavirus aşkarlanan ərazi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı son rəqəm açıqlandı
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Koronavirusdan daha üç nəfər həyatını itirdi

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

0
(Yenilənib 18:21 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

0