Pəncərənin yanında kişi, arxiv şəkli

"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr

1360
(Yenilənib 22:23 10.08.2020)
"Xüsusilə psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır" - Psixiatr

BAKI, 10 avqust — Sputnik. Dünyada koronavirusa yoluxma statistikasında rəqəmlər durmadan dəyişir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan COVID-19 ərəfəsində Dünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin "heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik" fikri insanlar arasında böyük təşviş yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti, psixiatr İkram Rüstəmov mediaya açıqlamasında bu bəyanatın doğurduğu narahatlıqlara münasibət bildirib: "Gərək nəzərə alaq ki, bu pandemiya həm də psixi pandemiyadır. Orqanik üzvi təsirdən çox, psixoloji təsiri daha geniş vüsət aldı. Hətta normalda təşviş problemi olmayan insanlar belə təşviş hissi yaşadılar. Belə ki, aktiv media istifadəçisi olmayan insanlar pandemiya xəbərlərinə görə mətbuatı ardıcıl izləməyə başladılar. Bu açıqlama insanların həyəcanını daha çox təsirə məruz qoydu. İnsanlar karantin müddətinin bitməsini ümidlə gözləyirdilər, sosiallaşmağa ac idilər. Birdən-birə belə bir açıqlamanın verilməsi insanlarda təşvişi qat-qat artıraraq daha çox problemlər yaradır. Eyni zamanda qeyri-müəyyənlik təşviş hissini daha pis hala gətirir".

Psixiatr açıqlamasında koronofobiya məsələsinə də toxunub: "Fobiya geniş anlayışdır. Yəni hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə olunandır. Düzgün maariifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər.

Şüuraltı faktor ölüm qorxusudur. Təbii ki, bütün psixopatologiyalarda, depressiyalarda əgər yanaşı bir üzvi pozuntu varsa, bu xəstəliyin öldürücülüyü 30-40 faiz artır".

Mütəxəssis reanimasiyada yatan xəstələrin 30 faizdən çoxunda stres pozuntusunun aşkarlanması fonunda postpandemiya dövründə psixi problemlərin artacağı ehtimalına da aydınlıq gətirərək qeyd edib ki, klinik yanaşsaq, bir kəskin stres pozuntusu, bir də posttravmatık stres pozuntusu var: "Bu, həyatımızda ciddi sosial travmadır. Əgər bu xəstəliyi keçirmisinizsə, mütləq psixi fəsadları olacaqdır. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq posttravmatik stres pozuntusundan sonra bir xəstəlik yaranır və tibbi müdaxilə mütləqdir. Yəni hər xəstəyə individual yanaşılmalıdır".

Gülən adam
© AFP 2020 / Prakash Mathema

İ.Rüstəmov pandemiya böhranı dövründə intiharlarla qarşılaşmamaq üçün ehtiyac duyulan dəstək tədbirlərindən də danışıb: "Bizim sahədə intihar halına təcili yardım məsələsi kimi baxılır. Burada doğru maarifləndirmə və müəyyənlik çox önəmlidir. İnsanı daha çox xaosa sürükləyən şey qeyri-müəyyənlikdir. İnsan başına nə gələcəyini bilməyincə, problemləri dəfələrlə fikirləşdikcə o sferaya yönəlir. Şəxsi kontekstdən baxanda isə ilk növbədə problemli, risk daşıyan insan müəyyən edilməli, əvvəllər özündə, ailə üzvlərində intihar cəhdinin olub-olmaması araşdırılmalıdır. Real duruma uyğun müdaxilə və müalicə tədbirləri vacibdir".

Bu məsələdə fərqli cəmiyyətlərin qoruyuculuq funksiyasının xüsusi önəmindən bəhs edən mütəxəssis qərb cəmiyyətində ailə dəstəyinin çox aşağı olmasını vurğulayıb: "Burada sosial münasibətlər zəifdir, insanlar biri-biriləri üçün daha az fədakar davranışlar göstərirlər. Bizim cəmiyyət isə daha istiqanlıdır, ailəcanlıdır və s. Dini inanclarımızın müsbət təsiri də danılmazdır. Bütün bunları zəruri qoruyucu vasitələr kimi dəyərləndirsək, deyə bilərik ki, bizim cəmiyyətdə intihar riski qat-qat azdır".

Vaxtında yatmağın, maye (adi su) qəbul etməyin sağlamlıq üçün təkcə COVID-19 pandemiyası dövründə deyil, həmişə xüsusi önəm daşıdığını xatırladan həkim-psixiatr psixoloji rahatlıqdan ötrü daim güvənli mənbələrdən məlumat almağı məsləhət görüb: "Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Bilmədiyimiz bir şeydən qorxmağın isə mənası yoxdur. Hadisələrə adi baxmağı bacarmalıyıq. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz.

Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır".

1360
Əlaqədar
Ölüm qorxusunun gətirdiyi bəla: Hər şey bitəndən sonra onunla mübarizə başlayacaq
Koronavirus, isti keçən havalar və günvurma – Hər şey qəsdimizə durub
Gördüyümüz görəcəklərimizin yanında "toya getməli" olacaq: Cəmiyyəti ciddi bəla gözləyr
Dilinizə və əməlinizə hakim olun: İndi daha ağır bədəlini ödəyə bilərsiz
COVID dissidentləri – insanlar niyə koronavirusu inkar edirlər
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanın Səhiyyə Nazirliyi qorxunc statistikanı açıqladı: Koronavirus "bum"u yaşanır

32
(Yenilənib 12:15 25.09.2020)
Ermənistanın Səhiyyə Nazirliyi qorxunc statistikanı açıqladı: Son sutka ərzində 392 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

BAKI, 25 sentyabr — Sputnik. Ermənistanda son sutka ərzində 392 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48643 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 947 nəfərə çatıb.

32
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Əlaqədar
Ermənistanda koronavirusa yoluxanların sayı psixoloji həddi keçdi
Ermənistanda koronavirusa yoluxanların sayı 44 minə yaxınlaşır
Ermənistanda koronavirusa yoluxanların sayı 45 minə yaxınlaşır
Ermənistanda koronavirusdan ölənlərin sayı 900-ə çatıb
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı
 Distant təhsil, arxiv şəkli

Ölkədə distant təhsilə keçən siniflərin sayı artdı

8
(Yenilənib 15:57 24.09.2020)
İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda koronavirusa görə üç sinif distant təhsilə keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 24 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı hazırladığı statistikada qeyd olunub. Məlumatda bildirilir ki, bu gün üçün heç bir məktəb distant təhsilə keçirilməyib. İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir.

8
Teqlər:
sinif, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, təhsil, distant, məktəb
Əlaqədar
Azərbaycanda şagirdlər arasında koronavirusa yoluxma sayı açıqlandı
"Babalı Sərvərin boynuna" - valideynlər niyə iltizam imzalamalıdırlar?
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

0
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

0