Çöl ördəyindən hazırlanan “Döşəmə plov”, arxiv şəkli

Plovsevərlərin nəzərinə: Düyünün ölümcül təhlükəsi açıqlandı

1622
Mançester və Salford universitetlərinin alimləri düyü istehlakının ürək-damar xəstəliklərini və ölüm riskini artırdığını müəyyən ediblər.

BAKI, 9 avqust — Sputnik. İngilis alimləri ürək-damar xəstəliklərinin artması riskini düyünün istifadəsi ilə əlaqələndirirlər. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "Science of the Total Environment" jurnalında dərc edilib.

Düyü özündə sonradan insan orqanizminə daxil olan toksinləri və arseni toplaya bilir. Arsen ürək və qan damarları üçün təhlükəli hesab edilir. Mütəxəssislərin fikrincə, hətta kiçik dozalarda bu elementin uzunmüddətli istifadəsi hər il minlərlə erkən ölümlə əlaqələndirilir. Tədqiqat Mançester və Salford (Böyük Britaniya) universitetlərinin alimləri tərəfindən hazırlanıb.

Məlum olub ki, İngiltərə və Uelsdə sağlamlıq problemləri olan düyü istehlakçılarının 25 faizi ürək-damar xəstəliklərindən ölüm hallarının daha yüksək riskinə məruz qalır. Professor Devid Polya "düyünün istifadəsi nəticəsində sağlamlıq üçün modelləşdirilmiş yüksək risk təxminən altı faiz təşkil edir" deyib.

Xəstəliklərin riskini azaltmaq üçün mütəxəssislər düyüdən hazırlanan yeməklərin pərəstişkarlarına öz qida rasionlarında düyünü digər taxıl bitkiləri ilə əvəzləməyi məsləhət görüblər. Həmçinin, alimlər bu populyar məhsulun istehlakını məhdudlaşdırmaq və yaxud düyünün müxtəlif növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi tövsiyə ediblər. Ekspertlərin qiymətləndirməsinə görə, dünyada üç milyarddan çox insan düyünü əsas qida məhsulu kimi istehlak edir.

Əvvəllər rusiyalı həkim-dietoloqlar vətəndaşlara səhər yeməyi zamanı populyar dənli bitkilərdən hazırlanmış hazır qidalardan, ağ çörəkdən, hazır şirələrindən və qazlı içkilərdən imtina etməyi məsləhət görürdülər. Mütəxəssislərin sözlərinə görə, sadalanan məhsullar mənimsənilmiş karbohidratları ehtiva edir. Həkimlər tərəfindən faydasız ərzaqların qarabaşaq yarması, qəhvəyi düyü və ya bulqurla əvəz edilməsi tövsiyə olunur.

1622
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

23
(Yenilənib 15:49 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
İlkin Əzməmmədova təqdim olunan sənəd

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

23
Teqlər:
TƏBİB, diaqnoz, hamilə