Həkim, arxiv şəkli

Yoluxmanın artmasından ən çox həkimlər yorulublar

11
(Yenilənib 11:36 08.08.2020)
"Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür" - Yaqut Qarayeva

BAKI, 8 avqust — Sputnik. Yoluxmanın artmasından ən çox həkimlər, tibb işçiləri yorulublar. Bu cür sərt rejimdə çalışmaqdan onlar da fiziki və mənəvi olaraq usanıblar.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından aşağı olur. Həyatını itirən xəstələrimizin də sayı azalıb. Bu, həkimlərimizin səyi nəticəsində mümkün olub. Nəyə görə yoluxmaların sayını nəzarətdə saxladığımıza gəlincə, hər bir xəstəyə düzgün və keyfiyyətli xidmət göstərmək üçün həkimlərimizin buna ehtiyacı var. Xəstə sayı artdıqca xəstəxanalarda, tibb müəssisələrində xidmət keyfiyyəti də aşağı düşür.

Bizi çox vaxt qınayırlar ki, insanları qorxuduruq, payızda alovlanma barədə danışırıq. Biz bundan danışmalıyıq,  problemə gözümüzü yummaqla problem yox olmayacaq. Bütün dünyadakı prosesləri izləyirik, görürük ki, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların aşağı düşməsinə rəğmən yeni yoluxmalara hazırlaşırlar".

11
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (301)
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

26
(Yenilənib 17:17 30.09.2020)
Ölkəmizdə koronavirus infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir. Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 olan aktiv xəstə sayı 1684 nəfərdir. Son sutka ərzində 5469, hazırkı dövrədək isə ümumilikdə 1115748 test təşkil olunub. Bu günədək ölkəmizdə ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. 

26
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov

Professor: “Koronavirusa yoluxmaların sayının yenə azalacağı gözlənilir”

39
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil
Akif Qurbanov: “Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür”

“Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor Akif Qurbanov bildirib ki, əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir:

“Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur. Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq”.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

39
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron