Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

1983
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

1983
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
 Distant təhsil, arxiv şəkli

Ölkədə distant təhsilə keçən siniflərin sayı artdı

7
(Yenilənib 15:57 24.09.2020)
İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda koronavirusa görə üç sinif distant təhsilə keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 24 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı hazırladığı statistikada qeyd olunub. Məlumatda bildirilir ki, bu gün üçün heç bir məktəb distant təhsilə keçirilməyib. İndiyədək isə distant təhsilə keçən siniflərin sayı 9, distant təhsilə keçirilmiş məktəblərin sayı 1 nəfər təşkil edir.

7
Teqlər:
sinif, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, təhsil, distant, məktəb
Əlaqədar
Azərbaycanda şagirdlər arasında koronavirusa yoluxma sayı açıqlandı
"Babalı Sərvərin boynuna" - valideynlər niyə iltizam imzalamalıdırlar?
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda bir sutkada 162 nəfərdə COVID-19 aşkarlandı

568
İndiyədək ölkədə ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə1080873 test aparılıb.

568
Teqlər:
ölüm, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

0
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

0