COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

175
(Yenilənib 21:18 03.08.2020)
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

175
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (301)
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda cəmi 38 yeni yoluxma qeydə alınıb

39
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2382, bu günə qədər isə ümumilikdə 1104783 test icra olunub.

39
Evdə xəstə

Qriplə soyuqdəymənin fərqi bu imiş

69
(Yenilənib 03:44 28.09.2020)
Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir.

BAKI, 28 sentyabr — Sputnik. "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.

O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.

Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

69
Teqlər:
hərarət, öskürək, fərq, soyuqdəymə, qrip
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Birinci Dünya Müharibəsində ölümlərin sayının artması bu səbəbdən olub
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
İki məşhur ürək dərmanını təhlükəli saydılar
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0