Əməliiyat, arxiv şəkli

Hamı can hayında, bunlar isə gözəllik axtarır

1246
(Yenilənib 15:33 03.08.2020)
"Ciyərlərində problem olan bir xəstənin əməliyyat olunması riskdir. Bu zaman xəstənin əməliyyatdan çıxma ehtimalı olmayacaq".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi, əhalinin qorxunc virusa yoluxmamaq istəyindən xəstəxanaya getməyə qorxduğu bir dövrdə estetik əməliyyatlara maraq... artıb. Dünyanın müxtəlif ölkələrində estetik klinikaların müştərilərinin sayının artdığı bəlli olub. Estetik cərrahlar tərəfindən isə bunun səbəbi məhz bu dönəmdə insanların zamanlarının böyük hissəsini evdə keçirməsi və əməliyyat olunan hissədə sarğının digərləri tərəfindən görülməməsi ilə izah olunur. Bu estetik klinikalar pandemiya dövründə çoxsaylı müraciətləri nəzərə alaraq COVİD-19-a qarşı müdafiə tədbirlərinə başlayıb.

BBC-nin məlumatına görə, son günlər ABŞ, Yaponiya, Koreya, Avstraliyada xüsusən də dodaq böyütmə, üzün tarıma çəkilməsi və burun əməliyyatlarına maraq artıb. Pasiyentlər isə bu dövrdə əməliyyata girmələrinin səbəbini karantin dövrün rahat evdə keçirəcəkləri ilə izah edirlər.

Həkimlər isə müraciətlərin çoxsaylı olduğunu nəzərə alaraq artıq həftənin 5 günü deyil, 6 günü əməliyyata girdiklərini bildirirlər. Həkimlər bunun səbəbini həm də insanların evdə çalışa bilmələri ilə izah edirlər.

Bundan başqa, pandemik şəraitdə estetik əməliyyat turizminin çökməsi də ölkələrə öz vətəndaşalrı üçün müxtəlif endirim paketləri hazırlamağa vadar etdi. Bu da həmçinin müraciətlərin sayının artmasına səbəb oldu.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Bunu öyrənmək üçün etetik əməliyyatların aparıldığı bir neçə klinika ilə əlaqə saxladıq. Klinikadan verilən məlumatda həkim müayinəsi üçün öncədən COVİD-19 testinə ehtiyac olmadığı, lakin əməliyyat öncəsi bu testə mütləq ehtiyac yarandığı bildirilib.

Bəs, qiymətlər necə, digər ölkələrdə olduğu kimi enibmi? Bu sualımıza cavab olaraq klinialardan bildirildi ki, qiymətlər stabil qalıb. Hələlik əməliyyat qiyməti ilə bağlı hansısa güzəşt nəzərdə tutulmur. Sadəcə olaraq əməliyyat öncəsi həkim müayinəsi pulsuz olaraq həyata keçirilir.

Maraq necə öncəki kimidirmi?  Buna cavab olaraq klinikalardan bildirilib ki, müştəri axını öncəki kimidir, heç bir azalma yoxdur.

Plastik, estetik cərrah, tibb elmləri namizədi Mahmud İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında son durumu belə izah edib: "Bütün dünyada, eləcə də Azərbaycanda da yayılan virusla əlaqədar olaraq həm həkimlər, həm də pasiyentlər ehtiyatlı davranırlar. Çünki ciyərlərində problem olan bir xəstənin əməliyyat olunması riskdir. Bu zaman xəstənin əməliyyatdan çıxma ehtimalı olmayacaq. Bu səbəbdən xxəstə ciddi şəkildə müayinədən keçir, vəziyyəti araşdırılır, sonra əməliyyata hazırlanır. Amma marağa gəldikdə, maraq hər zaman var. Demək olar  ki, maraq azalmayıb. Sadəcə olaraq COVİD-19 pandemiyası ilə əlaqədar əməliyyatlar azalıb".

"Virusla əlaqədar olaraq həkimlər bir müddət işləyir, sonra istirahət edirlər", - deyə o, əlavə edib.

Həkim bildirib ki, ona ümumu müraciət edənlər arasında COVİD-19 xəstələri də aşkarlanıb.

İsmayılov deyir ki, bütün dünyada olduğu kimi, bizdə də daha çox burun əməliyyatlarına müraciət var: "İnsanların daha çox problemi burunla bağlı olur. Çünki müraciət edənlərin 90 faizində öncədən də burunda nəfəsalma problemi olub. Təxminən 30-50 xəstədən biri ancaq estetik görünüş üçün bu əməliyyata görə bizə üz tutur".

Həkimin sözlərinə görə, ümumi müraciətlərdə qadınlaırn sayı çoxluq təşkil etsə də, son günlər kişilər tərəfindən də müraicətlər artıb: "Kişilərin də əksəriyyəti burunlarında deformasiya olduğundan daha çox bu əməliyyata görə müraciət edirlər".

1246
Qəhvə dənəcikləri, arxiv şəkli

Hər dəfə çay qəhvə qəbulundan sonra...

16
(Yenilənib 21:32 17.01.2021)
H'kimin sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

BAKI, 17 yanvar — Sputnik. Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.

Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".

Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib.

16
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0