BAKI, 2 avqust — Sputnik. Rusiyanın tanınmış həkimi və teleaparıcısı Aleksandr Myasnikov “Rossiya-1” telekanalının efirində deyib ki, ev heyvanları allergiyaya qarşı “dərman” ola bilər.
Həkimin sözlərinə görə, itlər, pişiklər və digər ev heyvanları ilə ünsiyyətdə olan uşaqlar nəfəs alarkən heyvanların tükü və epitelilərinin hissəciklərini də udurlar. Bu minvalla onlar “allergiyadan peyvənd” olunurlar – yəni nadir hallarda bronxial astmaya tutulurlar və allergik reaksiyaları olmur. Myasnikov deyir ki, bəzi ölkələrdə sinifləri fermalara ekskursiyaya aparırlar ki, uşaqlar inək, keçi və ya atlarla ünsiyyətdə ola bilsinlər. Psixoloji rahatlama və düzgün tərbiyə ilə yanaşı, bu səfərlər tibbi faydaya malikdir: allergiyanın səviyyəsini azaldır.
Həkim əlavə edib ki, uşaq heyvanla birlikdə böyüyən zaman onda məsuliyyət hissi yaranır. Uşaqlar müəyyən cədvəl üzrə hərəkət etməli olurlar, bu isə onlarda intizamı artırır. Ona görə də Myasnikov valideynlərə, hətta potensial narahatlığa baxmayaraq, ev heyvanları saxlamağı məsləhət görüb.
BAKI, 17 yanvar — Sputnik. Seçenov Universitetinin Stomatologiya İnstitutunun direktoru İrina Makeeva, verdiyi müsahibədə, dişlərin rənginə mənfi təsir edən məhsulları sadalayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dişləri daha çox qara qarağat, çuğundur, albalı və qırmızı şərab ləkələyir. Həkim bu məhsullarda turşu və rəngləmə piqmentlərinin olduğunu bildirib.
Onun sözlərinə görə, gözəl gülüş üçün rəngli qazlı içkilərdən, ədviyyat və souslardan imtina etmək lazımdır.
Həkim çay və qəhvədən daimi istifadənin dişləri qaraltdığını da vurğulayıb: "Çay və qəhvə dişləri boyayır. Çay daha çox təsir edir. Bunun səbəbi çayın tərkibində piqmentlərin və turşuların olmasıdır".
Mütəxəssis hər dəfə çay və ya qəhvə qəbulundan sonra ağzı yaxalamağı və ya ferment tərkibli bir diş köpüyü istifadə etməyi tövsiyə edib.
BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.
“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.
Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.
Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.