Təcili yardım avtomobili

Yüzlərlə əsgər zabitimizin həyatını xilas edən həkim koronavirusun qurbanı oldu

3238
(Yenilənib 14:08 31.07.2020)
Xatılrladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülmüşdü.

BAKI, 31 iyul - Sputnik. Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov bu səhər saat 5 radələrində koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb və mərhumun yaxınları artıq onu təsdiq ediblər.

Həkim Teymur Cəfərov

Xatılrladaq ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülmüşdü.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov isı açıqlamasında bildirmişdi ki, Teymur Cəfərov hazırda EKMO cihazına qoşulub.

Teymur Cəfərov iyun ayında koronavirusa tutulmuşdu. Uzun müddət MKH-nın müvafiq bölməsində müalicə olunub, lakin iyulun əvvəllərində vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Gömrük Hospitalının reanimasiya bölməsinə köçürülmüşdü. Cəfərovun özündən sonra 4 yaşlı qızı qalıb.

 

3238
Teqlər:
Teymur Cəfərov, Rəşad Mahmudov, Milli Məclis, Mehriban Əliyeva, COVID-19, Koronavirus
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

15
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

15
Laboratoriya işçisi, arxiv şəkli

Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar

43
(Yenilənib 15:36 19.10.2020)
Artıq 10 mindən çox elm adamı karantin rejiminə etiraz edən Qreat Barrinqton adlı bəyanata imza atıb.

BAKI, 19 oktyabr — Sputnik. Koronavirus pandemiyası vaxtı sərt karantin rejiminin tətbiq olunmasına etiraz edən bir qrup alim Qreat Barrinqton adlı bəyanat imzalayıblar. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, artıq bu bəyanata bütün dünyadan 10 mindən çox elm adamı, 30 mindən çox səhiyyə işçisi və 535 mindən çox mülki şəxs imza atıb. Sənəd öz adını ABŞ-ın Massaçusets ştatının Qreat Barrinqton qəsəbəsindən götürüb. Belə ki, bəyanata ilk imza atan alimlər həmin qəsəbədə karantin rejiminin tətbiqinə qarşı etiraz ediblər.

Bəyanat Amerika İqtisadi Araşdırmalar İnstitutunun binasında imzalanıb. Sənədin müəllifləri Harvard Universitetinin alimi Martin Kulldorf, Oksford Universitetinin alimi Sunetra Qupta və Stenford Universitetinin Tibb Fakültəsinin müəllimi Cey Bhattaçaryadır.

Karantin rejiminin ictimai quruluşa zərər verdiyini iddia edən elm adamları, koronavirusa qarşı "məqsədyönlü müdafiə" adını verdikləri üsulla mübarizə aparmağı təklif edirlər. Onlar gənclərin daha az risk qrupunda olduqlarını irəli sürərək bu yaş kateqoriyasından olan insanların həyatını normal şəkildə davam etdirməsinin vacibliyini vuğulayırlar. Alimlərin fikrincə, sərt karantin rejimi cəmiyyətdə sosial münasibətlərə böyük zərbə vurur və "məqsədyönlü müdafiə" metodu ilə aşağı risk qrupundan olan insanların sayəsində bu xəstəliyə qarşı immunitet yaratmaq olar. Bununla belə, alimlər onların təklif etdikləri metodun "kollektiv immunitet" üsulundan fərqli olduğunu iddia edirlər.

Qeyd edək ki, dünyanın bəzi inkişaf etmiş ölkələri COVID-19 virusuna qarşı mübarizədə "kollektiv immunitet" strategiyasına üstünlük verir.

Bu strategiya əhalinin aztəminatlı təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin koronavirusa yoluxdurulmasına və beləliklə də, ümumi immun sisteminin yaradılmasına əsaslanır.

Xatırladaq ki, koronavirusdan qurtulmaq üçün "kollektiv immunitet" üsulundan yararlanmaq fikrini ilk dəfə Böyük Britaniyanın Baş naziri Boris Conson səsləndirib. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir, əks təqdirdə karantin müddətindən sonra virus yenidən qayıda bilər.

Koronavirusla mübarizədə "kollektiv immunitet" metoduna qarşı qəti şəkildə etiraz edən Dünya Səhiyyə Təkilatının rəhbərliyi isə insanları qəsdən virusa yoluxdurmaq təklifini əxlaqsızlıq kimi qiymətləndirib.

43
Əlaqədar
Alimlər COVID-19-un yeni xəstəliyə səbəb olduğunu söyləyirlər
Pandemiya beş ayını tamam elədi, alimlər hələ bir qərara gələ bilmədilər
Alimlər təkzib edirlər: təyyarədə koronavirusa yoluxma şansları aşağıdır
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0