İlham Əliyev təcili tibbi yardım avtomobili ilə tanış olur

İlham Əliyev yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olub

18
(Yenilənib 20:28 30.07.2020)
Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

BAKI, 30 iyul – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

© Official website of President of Azerbaijan Republic
Yeni təcili tibbi yardım avtomobilləri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan bu təcili tibbi yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.

Dövlətimizin başçısına məlumat verilib ki, “Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 sadə və 24 reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

© Official website of President of Azerbaijan Republic
İlham Əliyev

Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobillərin hamısının rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Ambulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobillərdə yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir.

© Official website of President of Azerbaijan Republic
“Fiat Doblo Maxi XL”

Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

© Official website of President of Azerbaijan Republic
Türkiyə istehsalı olan “Ford Transit”

Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd “Ford Transit” reanimobili də sifariş olunub. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.

 

18
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı

115
(Yenilənib 22:22 20.09.2020)
"Microsoft" korporasiyasının banisi: "Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır".

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - deyə o, suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - Qeyts deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

115
Teqlər:
Fox News, epidemiya, Koronavirus, COVID-19, Bill Gates
Əlaqədar
Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alınıb

309
Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb

BAKI, 20 sentyabr - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.

309
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

0
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

0
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub