Koronavirus testi, arxiv şəkli

COVID-19-dan sağalanların nəzərinə: immun sisteminiz etibarlı deyil

3479
(Yenilənib 21:57 29.07.2020)
ATU-nin dosenti: COVID-19 önə çıxan orqanları, yəni, ağciyərlər, ürək, əzələlər və baş-beyini, eyni zamanda da arxa cəbhədə sayılan orqanları - qaraciyər, böyrək, mədəaltı vəzi, mədə-bağırsaq sistemini və s. zəiflədir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Artıq elm tərəfindən sübuta yetirilib ki, koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır. Virusun ilk dəfə aşkarlandığı Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutunun alimləri bununla əlaqədar COVID-19-dan sağalanlara xəbərdarlıqlar ediblər. Elm adamları qanda immun hüceyrələrin sayının zaman keçdikcə necə dəyişdiyini öyrənmək üçün COVID-19-dan sağalan 55 xəstənin üzərində apardıqları araşdırma zamanı bu qənaətə gəliblər.

Həkimlər virusun immunitetə cavabdeh olan qan hüceyrələrinə təsirini araşdırarkən öyrəniblər ki, qanda limfositlərin səviyyəsinin müvəqqəti və ya davamlı azalması COVID-19-a yoluxanlarda aşkarlanan əsas simptomdur.

Bu virus nə kimi problemlərə səbəb ola bilər?

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında obrazlı şəkildə deyib ki, immunitet sistemi orqanizmin hərbi quvvələri, milli ordusudur. Xəstə insan orqanizmi on günlərlə, bir neçə ay bu virusla və çoxsaylı digər viruslarla, bakteriyalarla fasiləsiz döyüşürsə, təbii ki, immunitet də zəifləyəcək.

Ekspertin sözlərinə görə, COVID-19 önə çıxan orqanları, yəni, ağciyərlər, ürək, əzələlər və baş-beyini, eyni zamanda da arxa cəbhədə sayılan orqanları - qaraciyər, böyrək, mədəaltı vəzi, mədə-bağırsaq sistemi və s. zəiflədəcək. Bu virus hətta həmin orqanların çökməsinə də səbəb ola bilər. Nəticə etibarilə zərbə immunitetə, ağciyərlərə və ürəyə dəyəcək.

Ədalət Rüstəm, "immun sisteminin bərpası üçün nə etməliyik", sualına cavab olaraq deyib ki, bunun üçün istirahət, ekoloji təmiz qidalarla və rejimlə qidalanma, səfalı yerlərə səyahət, gəzinti, idman vacibdir.

Alimlər immun sisteminin bərpası və daha da möhkəmlənməsi üçün kələm, soğan, sarımsaq, qırmızı turp yeməyi məsləhət görürlər. Onlar bildirirlər ki, bu tərəvəzlər bakteriya öldürücü və onun inkişafına mane olan fitonsidlərlə zəngindir.

Bundan başqa, qarağat, sarıkök, mərcanı, qaragilə, moruq yemək də tövsiyə olunur. Bu giləmeyvələr orqanizmdə iltihabı azaldan təsirli vasitələr kimi tanınır.

3479
Tavada yemək, arxiv şəkli

Mif dağıdıldı, yeyin-için, kef edin...

205
(Yenilənib 08:24 14.08.2020)
Dietoloqun fikrincə, az yağlı qidalar istehsalçılara fayda versə də, nişasta və şəkərin çox olması səbəbindən arıqlamaq istəyənlərə zərər verə bilər.

BAKI, 14 avqust — Sputnik. Rusiyalı dietoloq Anastasiya Çernıx bu vaxta qədər arıqlama haqqında olan mifləri dağıdacaq açıqlama verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onun sözlərinə görə, ən böyük səhv ac qalmaqla arıqlamağın mümkün olacağını düşünməkdir.

"Biz acdığımız zaman maddələr mübadiləsi daha yavaşlayır, orqanzim stress vəziyyətində ehtiyat enerjiyə keçir. Bu zaman çəkinin düşməsi isə, əzələ kütləsi və suyun itirilməsi ilə bağlı olur. Yağ kütləsi dəyişilməz olaraq qalır" - o qeyd edib.

İkinci dağıdılmış mif isə axşam saat 6-dan sonra qidalanmamaqla bağlıdır.

Həkim bildirib ki, belə qidalanma rejimi hər kəsin orqanizminə uyğun olmaya və artıq qadağa orqanizmə zərər vura bilər: "Ən əsası axşamlar asanlıqla həzm oluna bilən protein tərkibli qidaların qəbul edilməsidir. Məsələn, balıq və nişastalı olmayan tərəvəzlər: pomidor, xiyar, bibər yemək olar".

Dietoloqun fikrincə, az yağlı qidalar istehsalçılara fayda versə də, nişasta və şəkərin çox olması səbəbindən arıqlamaq istəyənlərə zərər verə bilər.

Mütəxəssis qeyd edib ki, sağlamlığına zərər vermədən arıqlamaq istəyən şəxslər dietoloqa müraciət etməli, müayinədən keçməli və tələb edilən analizləri verməlidir.

205
Teqlər:
dietoloq, dieta
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

19
(Yenilənib 10:58 14.08.2020)
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satışına başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63 manat 75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

19
Zibillik, arxiv şəkli

Üfunəti tüstü ilə ört-basdır etməyin qiyməti üç min manatdır

0
(Yenilənib 11:43 14.08.2020)
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 14 avqust — Sputnik. Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

0
Əlaqədar
Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO
Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO
BŞİH çimərliklərlə bağlı əhaliyə müraciət edib