Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-a görə qan analizlərin cavabı niyə qəbul olunmur? TƏBİB açıqlama verdi

© AFP 2023 / RONALDO SCHEMIDTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaş bildirir ki, ötən şənbə günü özəl klinikaların birində 50 manat ödəniş edərək koronavirusa görə qan analizi verib. Analizin nəticəsi neqativ çıxsa da bu barədə məlumat sistemə daxil edilməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Koronavirusdan qan analizi verən şəxslərin analizinin cavabı e-tebib sisteminə əlavə edilmir. Bu barədə Sputnik Azərbaycan-a vətəndaşlar məlumat verib.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Bizi belə xilas edəcəklər? Koronavirus peyvəndinin qiyməti əl yandırır!

Onların bildirdiyinə görə, koronavirusa görə qan analizinin cavabı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən qəbul olunmur. Vətəndaş Fərid Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, ötən şənbə günü özəl klinikaların birində 50 manat ödəniş edərək koronavirusa görə qan analizi verib. Analizin nəticəsi neqativ çıxsa da bu barədə məlumat sistemə daxil edilməyib.

F.Babayevə bildirilib ki, analizin nəticəsinin TƏBİB-in sisteminə daxil edilməməsinin səbəbi, koronavirusa görə qanla verilən analizlərin qəbul edilməməsidir. Amma F. Babayev deyir ki, koronavirusa görə qan analizinin qəbul edilməməsi barədə heç yerdə qeyd edilməyib. Hətta özəl klinikalar da koronavirusa görə vətəndaşlardan qan analizi götürdükdə bunun cavabının TƏBİB tərəfindən qəbul edilmədiyi barədə vətəndaşlara məlumat vermirlər.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, həqiqətən də koronavirusa görə qandan verilən analizinin cavabı qəbul edilmir: "PZR test yaxma analizdir. Ona görə də, vətəndaşlar yaxma analizi verməlidir. Hazırda sistemə koronavirusa görə daxil edilənlərin hamısı PZR testlərin nəticələridir. Vətəndaşlar koronavirusa görə qan yox, yaxma analizi verməlidirlər. Biz bu barədə dəfələrlə ictimaiyyətə məlumat açıqlamışıq".

Xəbər lenti
0