Etil spirti, arxiv şəkli

Spirt xlor ən effektiv vasitədir

17
(Yenilənib 22:42 27.07.2020)
Koronavirus müxtəlif səthlərdə iki gündən çox yaşaya bilir. Dezinfeksiya edici vasitələrin istifadəsi onları məhv edir.

BAKI, 28 iyul — Sputnik. "Rospotrebnadzor" koronavirusla mübarizə istiqamətində bir neçə dezinfeksiyaedici vasitələri təhlil edərək, effektiv olanlarını müəyyən edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ekspertlər qeyd edib ki, koronavirus müxtəlif səthlərdə iki gündən çox yaşaya bilir. Dezinfeksiya edici vasitələrin istifadəsi onları məhv edir.

Xlor tərkibli və spirt tərkibli dezinfeksiyaedici maddələr, dördüncü ammonium birləşmələri və üçüncü aminlərə əsaslanan məhsulların testlər zamanı yüksək təsirə malik olduğu məlum olub. Belə ki, etil və izopropil spirtinin 30 faiz qarşığı olan vasitələr belə 30 saniyədə milyonlarla virusu məhv edir. Xlortərkibli maddələr də eyni effektə malikdir.

17
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub

1
(Yenilənib 15:41 22.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672, hazırkı dövrədək isə 1064475 test aparılıb.

1
Bazarda meyvə-tərəvəz satışı, arxiv şəkli

Azərbaycanda koronavirusa görə bağlanan bazar açılıb

7
Sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

BAKI, 22 sentyabr — Sputnik. Koronavirusa kütləvi yoluxma qeydə alınan "Şəki Bazar" ASC yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.

7