Xəstəxanada tibb işçisi

Məşhur hospital ləğv olundu, Gömrük Komitəsinin balansına keçdi

2425
(Yenilənib 22:19 27.07.2020)
“Baku Caspian Hospital” 2017-ci ildə vaxtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olub, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.

BAKI, 27 iyul — Sputnik. “Baku Caspian Hospital” ASC ləğv olunduğunu elan edib.

Sputnik Azərbaycan bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, keditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 78 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Baku Caspian Hospital” 2017-ci ildə vaxtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.

Səhmdar cəmiyyətinin baş direktoru Qerasim Rüstəmov “Report”a açıqlamasında rəhbərlik etdiyi kommersiya qurumunun ləğv olunmasını xəstəxananın Dövlət Gömrük Komitəsinin balansına verilməsi ilə izah edib: “Bundan sonra Komitənin 2 tibb müəssisəsi olacaq. Bunlardan biri Mərkəzi Gömrük Hospitalıdır ki, hazırda tamamilə koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Mənim rəhbərlik etdiyim və artıq “Dövlət Gömrük Komitəsinin xəstəxanası” adlanan bu obyektdə isə digər xəstələr müalicə olunacaq. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var”.

2425
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

22
(Yenilənib 15:49 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
İlkin Əzməmmədova təqdim olunan sənəd

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

22
Teqlər:
TƏBİB, diaqnoz, hamilə
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

18
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

18

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

0
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0