Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Bir səhvin min bir təlaşı: "Onlar psixoloji sarsıntı yaşaya bilərlər"

1001
(Yenilənib 15:51 27.07.2020)
"Düşünürəm ki, bu, daha çox cavabı müsbət gələnlərə və mənfi cavab alıb əslində nəticəsi müsbət çıxanlara təsir edəcək. Onlar psixoloji sarsıntı yaşaya bilərlər”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Koronavirusla bağlı vətəndaşlardan götürülən testin nəticəsi ilə bağlı səhv məlumatın göndərilməsi insanlar arasında ciddi narahatlığa səbəb olub. Hətta indiyədək koronavirusa görə müalicə olunan şəxslər də testin nəticəsindən şübhələnməyə başlayıblar. Sputnik Azərbaycan testin cavablarının səhv göndərilməsinin səbəbini və cavabların həmin şəxslərin səhhətinə təsirini araşdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada TƏBİB-in günahı yoxdur: “Burada da biz daxil olmaqla bir çox qurumun əməkdaşı yer alıb. Son nəticə isə Operativ Qərargah tərəfindən yayılır. TƏBİB tibb müəssisələrində xəstələrin müalicə işinin təşkili ilə məşğuldur. Bizim İT şöbəmiz yoxdur”.

R.Əliyeva bildirib ki, bu xəta günlük statistikaya təsir etməyib: “Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya e-TƏBİB sisteminə heç bir aidiyyəti yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub”. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat katibi Aynurə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta olduğunu, buna görə üzr istənildiyini bildirib:

“Bir daha xatırladırıq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyuldan, yəni bu gündən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Bir daha sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edək ki, İTSDA bundan başqa sualları cavablandırmaqdan imtina edib.

Odur ki, qaranlıq qalan bəzi məqamlara ekspertlərin köməyilə aydınlıq gətirməyə çalışdıq.

İKT üzrə ekspert Osman Gündüz bildirib ki, baş verənlər insan sağlamlığı və xüsusən də koronavirus infeksiyası ilə bağlı olduğundan və dövlət qurumu tərəfindən gerçəkləşdiyindən kifayət qədər ciddi hadisədir. Ekspert deyir ki, dövlət tərəfindən TƏBİB qarşısına dayanıqlı və keyfiyyətli tibbi xidmət göstərilməsi vəzifəsi qoyulub: "Düşünürəm ki, cavabdeh qurumlar bunun fərqində olmalıdır. İlkin araşdırmalar onu deməyə əsas verir ki, its.gov.az portalı və onun üzərində olan elektron xidmətlər ASAN və eGov Mərkəzi ilə əlaqələndirilmədən, güman ki, tez başa çatması üçün tender keçirilmədən qapalı satınalma əsasında TƏBİB tərəfindən yaradılıb. Müşahidələr onu deməyə əsas verir ki, portal və xidmətlər əsasən NK yanında Operativ Qərargaha tabedir. Baza isə NRYTN yanında AzİnTelekom Data Mərkəzində yerləşir. Adətən bu tip səhvlər sistemin proqram təminatı ilə bağlı olur. Proqram təminatının hansı qurum tərəfindən hazırlanması haqqında məlumat verilməyib.

Bu sistemin proqram təminatında problem ola biləcəyi inandırıcı görünmür. Çünki sistemin proqram təminatında alqoritmlərin düzgün qurulmaması indiyədək göndərilən SMS-lərin də səhv olması demək olardı. Lakin bildirildiyinə görə, 25 iyul tarixədək belə səhvlər olmayıb. Bununla belə düşünürəm ki, alqoritmlərlə bağlı sistemin bir daha testdən keçirilməsi faydalı olardı. İlkin araşdırmalar isə onu deməyə əsas verir ki, bu cür yanlış məlumatlandırma daha çox sistemdən istifadə ilə, yəni insan amili ilə bağlı olub. Güman etmək olar ki, məlumatlandırma sistemi tam elektronlaşmayıb. Yəni düşünmək olar ki, analiz verənlərin mövcud bazası üzrə COVID-19 testlərinin nəticələrinin emal olunması tam olaraq avtomatik deyil, müəyyən hissəsi TƏBİB operatoru tərəfindən həyata keçirilir.

Ola bilər ki, sistemin istifadəçiləri məlumatları emal edərkən və zəruri ünvanlara göndərərkən tələskənliyə və diqqətsizliyə yol veriblər. Nəticədə hazır SMS məlumatları səhv baza seçimi üzrə yanlış ünvanlara göndərilib. Beləliklə düşünmək olar ki, baş verənlər səhlənkarlıq və məsuliyyətsizlik ucbatından baş verib. Görünür ki, qurumda elektron xidmətlərin təqdim edilməsi ilə bağlı çatışmazlıq və qüsurlar var.

Eyni zamanda düşünürəm ki, dövlət xidmətlərinin keyfiyyətinə və eGov-a cavabdeh olan ASAN da bu cür ictimai əhəmiyyətli elektron xidmətin hazırlanması və keyfiyyətinin qiymətləndirilməsinə gərək zamanında diqqət yetirəydi. Təəssüf ki, bu cür əhəmiyyətli e-xidmətin hazırlanmasında adı çəkilən qurumlar arasında koordinasiya olmayıb. Düşünürəm ki, aidiyyəti qurumlar baş verənlərdən nəticə çıxarmalıdır, günahkarlar cəzalandırılmalı və bu tip yanlışlıqların təkrarlanmaması üçün tədbirlər görülməlidir”.

O ki qaldı koronavirus nəticələri barədə səhv məlumatın göndərilməsinin həmin şəxslərin sağlamlığına təsirinə, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məlumatın səhv göndərilməsinin insanlara daha çox psixoloji təsiri var: “Gün ərzində 8-9 min adam testdən keçirilir. Bu səhvin olması mümkündür”.

Ə.Rüstəm deyir ki, nəticəsi pozitiv çıxanlar özlərində heç bir simptom hiss etmədikləri halda dərman içiblərsə, səhv ediblər:

“Əvvəlcədən bəyan edilmişdi ki, simptomu olmayanlar dərman qəbul etməsinlər. Sadəcə vitamin qəbul etsinlər. Amma kimsə özündə narahatlıq hiss edib dərman qəbul edibsə, bunun da ciddi ziyanı olmayacaq. Çünki koronavirus müalicəsi virus əleyhinə müalicədir. Onun ciddi mənfi təsiri ola bilməz. Düşünürəm ki, bu, daha çox cavabı müsbət gələnlərə və mənfi cavab alıb əslində nəticəsi müsbət çıxanlara təsir edəcək. Onlar psixoloji sarsıntı yaşaya bilərlər”.

Ə.Rüstəm deyir ki, koronavirus testlərinin nəticələrində yanlışlığın olması da mümkündür: “Bu, şərti testdir. 1 faiz səhv olma ehtimalı var. Nəzərə almaq lazımdır ki, testlər kütləvi müayinə üçündür. Ona görə də mən tövsiyə edirəm ki, nəticəsi müsbət olanlar özlərində narahatlıq hiss edirlərsə, mütləq KT müayinəsindən də keçsinlər. Çünki koronavirusun müəyyən kliniki əlamətləri bu cür müayinələr zamanı özünü göstərir. Daha dəqiq cavabı isə PZR-test ilə (Polimeraz zəncirvari reaksiya) əldə etmək olar".

1001
Teqlər:
dərman, sms, test, Koronavirus, COVID-19
Əlaqədar
Mərkəzi Gömrük Hospitalında bir gün: onlar görünməz, amma xoş nəvazişli qəhrəmanlardırlar
Yoluxma sayı durmadan azalır! Simptomlar barəsində isə bədbin xəbər var
Qızın iki adaxlısı olanda! TƏBİB-lə Səhiyyə Nazirliyi vuruşur, xəstə Allahın ümidinə qalıb
Koronavirusa yoluxanlara bir bəd xəbər daha – Saçlarınız töküləcək
Payızda koronavirusun ikinci dalğası olacaq, amma günəş bizi xilas edəcək
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

34
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

34
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

133
Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1702 nəfərdir. Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

133
Teqlər:
ölüm, yoluxma, test, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib
COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq
COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

0
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

0
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib